main-post-cover

    "Microsoft" yenidən "Apple"ı ələ saldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir neçə müddət bundan öncə "Apple” şirkəti maraqlı reklam çarxı təqdim etmişdir. Təqdim olunmuş reklam çarxında 12.9 inç ekrana sahib iPad Pro-nun stolüstü kompüteri əvəz edə biləcəyi bildirilmişdi.

    "Apple” fikirləşdi ki, "ağıllıSmart Keyboard klaviaturası və Apple Pencil stilusu planşeti PC-nin alternativ variantı edir. "Apple”ın məhsullarını ələ salan marketinq kampaniyalarını keçirdən "Microsoft” bu dəfə də öz rəqibini ələ salmaq fürsətini qaçırmayıb. "Microsoft” qeyd edib ki, iPad Pro-ya klaviaturanın əlavə olunması onu stolüstü kompüter etmir. Şirkətin marketoloqları əsasən planşetin mənfi tərəflərinə zəif hesablayıcı gücünü, PC tətbiqlərini işə sala bilməməsini və USB girişin olmamasını aid ediblər. "Microsoft” planşeti Surface Pro 4 (planşet+noutbuk) ilə müqayisə edib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər