main-post-cover

    Microsoft öz yeni videoservisini təqdim edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Microsoft şirkəti yeni korporativ videoservis Microsoft Stream-i təqdim edib. Yeni videoservisin sayəsində müəssisə əməkdaşları öz aralarında videolar paylaşa, onları bəyənə və onlar haqqında fikirlərini bölüşə bilərlər. YouTube və Vimeo-dən fərqli olaraq Microsoft-un məhsulu ilk öncə daha çox təhlükəsizlik üzərində qurulub. Microsoft-un vitse-prezidenti James Phillips-in sözlərinə görə Stream hər bir videonu ilə biznes sənəd kimi idarə edir. İstifadəçilər və IT administratorlar hər-hansı bir video hüquqları istədikləri digər şəxslərə ötürə, qruplar yarada və videonun təşkilatdan kənara çıxmaması üçün ona olan çıxışı məhdudlaşdıra bilərlər. Microsoft Stream artıq pulsuz beta versiya kimi aktivdir. Servisdə qeydiyyatdan keçmək üçün korporativ elektron poçtun ünvanı lazım olacaq. Stream artıq fəaliyyətdə olan Office 365 Video servisi üçün bir əlavədir. Nəticədə şirkət onları birləşdirməyi planlaşdırır. Gələcəkdə Stream-ə səsin mətnə çevrilməsi, avtomatik tərcümə, canlı yayımlar kimi funksiyalar əlavə olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər