main-post-cover

    Microsoft-dan Startuplar üçün investisiya

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Microsoft, Bizspark və Bizspark Plus dəstək proqramlarıyla, Startuplara Microsoft lisenziyalarından pulsuz istifadə imkanı tanıyıt. Bütün dünyada texnoloji startupları dəstəkləyən Microsoft, Bizspark və Bizspark Plus proqramlarıyla ekosistemin inkişafı üçün çalışır. 

    Əgər sizdə illik 250.000 dolların altına bir dövriyyəyə sahib və 5 ildən az müddətdir ekosistemdə olan bir Startup sahibisinizsə startupınızla başvuraraq Microsoftun Bizspark və ya Bizspark Plus proqramlarına qoşularaq onlardan dəstək ala bilərsiniz.
    Microsoft Azərbaycan - artıq bir neçə ildir Bizsparkı Azərbaycanlı startuplara tanıdıb. Proqrama qoşulmaqla 120.000 dollarlıq virtual investisiya əldə edib və bununla bir neçə il startuplarınız üçün Microsoft lisenziyalarından, Visual Studio və Azure məhsullarından istifadə haqqı qazanırsınız. Hal hazırda ölkəmizdə də kifayət qədər Bizspark istifadəçisi mövcuddur. 
    Üç il boyunca illik gəlirini 1 milyon dollara çatdıran Startuplar, Microsoft Azure-dan istifadə həcmi və potensiyalları göz önünə alınaraq bir üst dəstək proqramı olan Bizspark Plus-a daxil edilir. Bu proqram isə bir il davam edir və şirkətlər 120.000 dollarlıq ödənişsiz Microsoft Azure platformundan istifadə haqqına sahib olur.
     
    Microsoft-dan Startuplar üçün investisiya

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər