main-post-cover

    "Microsoft"un qara piarı, "Apple"ın buna səssiz qalması! Səbəb nədir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Son zamanlarda "Microsoft”un, "Apple”a qarşı "təzyiqləri” artıb. İndiyədək, bir neçə "Apple" məhsuluna qarşı reklam nümayiş etdirən "Microsoft", yeni reklamı ilə gündəmə damğa vurub. Elektronik cihaz istehsalçılarının arasındakı belə rəqabət hər zaman diqqət çəkməyi bacarıb. Bu reklamlar həm məhsul tanıtımına, həm də rəqib şirkətin bazarda yerini zəiflətməyə yönəlib. Son dövrlərdə isə "Microsoft" şirkəti "Apple" məhsulları ilə öz istehsalı olan məhsullar arasında fərqdən bəhs edən reklamlara üstünlük verir. Xatırladaq ki, bu "Microsoft"un ilk belə reklamı deyil. Bir müddət öncə "Microsoft" bu yolla iPad Pro məhsuluna qarşı reklam yayımlamış və buna uğurla nail ola bilmişdi. Yeni reklamında isə Microsoft, yeni məhsulu Surface Pro 4 ilə "Apple"ın istehsalı olan Macbook-u müqayisə edir. Bu müqayisədə isə belə desək, "Apple" məhsulu tənqid olunur və hətta "Pişiyinizə papaq olmayacaq qədər gərəksiz” kimi ifadələr öz əksini tapır. Bu arada reklamda Macbook-un ağır, yavaş və əl ilə idarə oluna bilməyən ekranının olması diqqətə çatdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər