Middle-earth: Shadow of War oyununun ilk gameplay videosu təqdim olunub
Digər
07.05.2017
Farid Pardashunas
"Warner
Bros. Interactive Entertainment” şirkəti, Monolith Productions studiyası
tərəfindən hazırlanan Middle-earth:
Shadow of War oyununun ilk gameplay videosunu təqdim edib. Təqdim
olunmuş video, oyunun yenilənmiş mexanikasını və özəlliklərini əks etdirir. Middle-earth: Shadow of War oyununun
hazırlanma mərhələsi hələ 2014-cü ilin Sentyabr ayında start götürmüşdü. Yəni, Middle-earth: Shadow of Mordor oyununun
satışa çıxmasından sonra. Yeni oyun, oyunçulara tamamilə open-world mühit təqdim
edəcək. Bu dəfə ərazilər birinci oyundakından daha böyük olacaqlar və oyunçular
həmin əraziləri istədikləri kimi müşahidə edə biləcəklər. Həmçinin elə ərazilər
də olacaq ki, onlar Mordor sərhədindən kənarda yerləşəcəklər. Yeni oyunda baş qəhrəmanın
özünün güc üzüyü olacaq. Bu isə ona, Sauron və onun qorxunc məxluqları ilə eyni səviyyədə
mübarizə aparmağa imkan verəcək. Üzüyün vasitəsilə baş qəhrəman, böyük orduları
özünə tabe edə və onları, qalaları zəbt etməyə göndərə biləcək. Beləliklə o,
Sauronun ərazilərini ələ keçirə biləcək. Oyunda orklar, qəbilələrə görə fərqlənəcəklər.
Hər bir qəbilənin öz özəllikləri və döyüş xarakteristikaları olacaq. Bir qalanı zəbt edəndən sonra həmin qalanı
idarə etməsi üçün siz orklardan birini başçı olaraq seçməli olacaqsınız. Sizin
seçimizdən asılı olaraq zəbt etdiyiniz qalanın ətraf mühiti dəyişəcək. Bundan əlavə
olaraq həmin qalanı təkmilləşdirmək də mümkün olacaq. Middle-earth: Shadow of War bu ilin
Avqust ayında PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ