main-post-cover

    MikroBlogging nədir? MikroBlogger ilə Blogger arasındakı fərq nədir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Mikro Blogging, sürətli mesajlaşma sistemi və ənənəvi blog konseptinin bir arada istifadə edilməsi ilə yaranmış bir növ blog üslubudur.

    Mikroblogging üçün göstərə biləcəyimiz ən məşhur və tanınmış nümunələrdən biri Twitter-dir. Yeni nəsil mikroblogging üçün ən yaxşı nümunə olaraq bütün dünyada qəbul edilən Twitterdə istifadəçilər, özlərinə hazırladıqları mikrobloglar vasitəsilə digər insanlarla əlaqədə ola və mikropostlar paylaşa bilirlər. Mikrobloggingdə də məzmunlar eynilə normal blogda olduğu kimi fərqli tərkibli ola bilirlər. Bir mesaj eyni anda şəkil, video, səs və ya linklərlə birlikdə paylaşıla bilir. Ya da mesajın özü bu paylaşım növlərində sadəcə biri də ola bilir.
    Mikroblogging trendi ənənəvi blog trendinə görə çox daha sonra meydana gəlmiş bir blog növüdür. Bu işlə məşğul olan şəxslərə MikroBloggerlər deyilir və ölkəmizdə də ən geniş yayılmış blog üsulu budur. Baxmayaraq ki Azərbaycanda hardasa bütün MikroBloggerlər özlərinə "Blogger" deyirlər, bu iki anlayışı bir-birlərindən ayıran fərqlər mövcuddur.

    Ən Məşhur Mikroblogging Platformaları

    Əslində heç hiss etməsənizdə çox güman ki siz də bir mikro bloggersiniz. Artıq insanlar uzun yazılar yerinə əsasən daha qısa və mənalı paylaşımları görmək istəyirlər. Bu səbəbdən Mikroblogging də yeni nəsil blog üsulu olaraq vacib bir yerə sahibdir. Siz də bir mikroblog yaratmaq istəyirsinizsə (çox gümanki artıq istifadə edirsiniz) aşağıdakı ən məşhur mikroblogging saytlarına bir göz atmağınızı tövsiyyə edirik:

    Twitter: Twitter, mikroblogging barədə hazırda bilinən ən məşhur nümunələrdən biridir. 140 simvolluq paylaşım limiti ilə bugün belə varlığına davam edən Twitter vasitəsilə özünüzə asan və sürətli bir microblog yarada bilərsiniz.
    Tumblr: İlham mənbəsinin Twitter olduğu düşünülən Tumblr, istifadəçilərinə daha az limit və daha çox xüsusiyyət təklif edən başqa bir mikroblogging platformasıdır.
    Instagram: Instagram da mikrobloggingin ən vacib nümunələrindən biridir. Instagramda bəlkə yazını çox daha az istifadə edirik amma foto bloglar yaradaraq yüksək oxuyucu əldə edə bilirik.
    Vine: Vine sadəcə bir mikrobligging deyil həmçinin vlogging üçün də ən çox üstünlük verilən məşhur bloglardan biridir. Buradakı videolar içərisindən insanlar öz yaşantıları və bağlı mövzular haqqında qısa məzmunlar paylaşaraq vacib bir mikroblogging nümunəsi ortaya çıxardırlar.

    "Mikroblogging"in üstünlükləri nələrdir?

    Bura qədər Mikrobloggingin nə olduğunu açıqladıq. Yaxşı bəs niyə blog sahibi olmaq yerinə mikroblog sahibi olmaq istəyəsiniz ki? Çünki mikroblogging ənənəvi bloggingə nisbətən daha çox üstünlük təklif edir.
    - Məzmun hazırlamaq üçün sərf edilən zaman daha azdır. Mikroblogging çox daha sürətlidir, çox keyfiyyətli bir məzmun yaratmaq üçün belə ənənəvi bloggingə nisbətən çox daha az zaman sərf etməli olursunuz.
    - Çox daha artıq insan tərəfindən əlçatan olursunuz. Belə ki, mikroblogging məzmunları adətən o şəbəkədəki digər mikro bloggerlər tərəfindən görülür və onlarda sizin postunuzu paylaşırlar. Uzun sözün qısası başladığınız anda 1:0 irəlidəsiniz deməkdir.
    - Daha az zamanda məzmun yaratdığınız üçün məzmun sayını daha artıq edə bilirsiniz. Beləcə heç yenilənməyən ənənəvi bir blog yerinə son dərəcə aktiv bir mikrobloga sahib ola bilirsiniz.
    - İzləyicilərlə əlaqə qurmaq daha asandır. Sizi izləyən insanların divarlarında yer aldığınız üçün yeni bir şey paylaşdığınızda ürəyinizi sıxıb, "Yeni paylaşımı daha çox insana necə çatdıra bilərəm?" deyə düşünməyinizə ehtiyac yoxdur.
     
    Ümid edirəm bu məqaləmdə anlatmaq istədiklərim sizlərə tam aydın olmuşdur. Ən əsası Mikro Blogger ilə Blogger arasındakı fərqi anladınız və bu yazını oxumayan Azərbaycanlı mikrobloggerlərə də bu yazıda oxuduqlarınızı başa salaraq onların əslində Mikro Blogger sayıldıqlarını izah edə bilərsiniz.
    Daha çox insanın işinə yarayacağını düşünürsünüzsə bu məqaləni paylaşın. Paylaşmaq gözəldir!
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər