main-post-cover

    Milli Olimpiya Komitəsinin facebook səhifəsinin statistikaları və görünməyən tərəfləri (ARAŞDIRMA)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    2016-cı il Olimpiya oyunları çərçivəsində idmançılarımızın uğurları ilə yanaşı, diqqətimizi cəlb edən məqamlardan biri də Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmi facebook səhifəsində paylaşılan operativ görüntülər və məlumatlar idi. Gün ərzində azərbaycanlı idmançıların döyüş saatlarından tutmuş, onların uğurlarına, nəticə və statistikalarına qədər operativ məlumat paylaşan bu facebook səhifəsi 1 ay ərzində sosial medianın gündəmindən düşmədi. Belə bir vəziyyətdə "Technote.az" olaraq bu səhifənin statistikalarını və səhifəyə xidmət göstərən yerli agentliyimiz haqqında araşdırma etdik.
     
    Endorphin sosial media və reklam agentliyi tərəfindən xidmət göstərilən və nazarətdə olan sosial media platformalarına aşağıdakılar daxil idi:

    - 56 idmançının 17 idman növü üzrə rəsmi facebook səhifələri
    - "National Olympic Committee of Azerbaijan" rəsmi təsdiqlənmiş facebook səhifəsi (93.000+ izləyici). Qeyd edək ki, bu kompaniya çərçivəsində rəsmi facebook səhifəsi orqanik olaraq 30.000 yeni bəyənmə qazandı.


    - noc.azerbaijan instagram səhifəsi
    - nocazerbaijan twitter səhifəsi 

    İstifadə olunmuş və ən məşhur tag-lar: #birlikdəgüclüyük #teamaze #rio2016 kimidir. Qeyd edək ki, #birlikdəgüclüyük heşteqi "İnternational Olympic Committee" tərəfindən təqdim olunmuşdu. (#strongertogether)

    Bir ay müddətində rəsmi səhifədə 581 paylaşım edilib və bu paylaşımlardan 65-si video, 482-si isə şəkilli paylaşımlar olub. 33 paylaşım isə keçid linki ilə yerləşdirilib.


     
    Ümumi paylaşımların əhatə dairəsi isə 5.581.521 nəfərdir və bu da Azərbaycan əhalsinin təqribən 55%-ni təşkil edir. Bu isə o deməkdir ki, əhatə dairəsi 1.7 milyon olan Azərbaycanı da keçib.

     
    Top olimpiya ölkələri arasında rəsmi səhifəmizin ilk 10-luqda olması və məşğulluq nisbətinə (engagement) görə 1-ci yerdə qərarlaşması bir daha bu səhifə üzərində əmək sərf edən komandanın uğurunu göstərir.

     
    SMM mütəxəssislərinə maraqlı olan əsas statistikalardan biri də səhifənin məşğulluq (engagement) göstəricisidir. Bu statistika isə MOK-un rsəmi səhifəsdinda aşağıdakı kimidir.


     
    Rəsmi səhifəni bəyənən 90.000-dən çox izləyicinin ölkələr üzrə bölünməsi statistikasına nəzər saldıqda 92% izləyicinin Azərbaycan regionundan olduğu açıq-aşkar görünür. Bu da öz növbəsində doğru hədəfləmənin aparıldığını ortaya qoyur. 

    Ən çox marağa səbəb olan post isə təbii ki, idmançımız Radik İsayevin qızıl medalı alması paylaşımı idi.

    Top 10 idmançı səhifələrinə isə aşağıdakı idmançıların səhifələri daxildir və bu səhifələr də Endorphin agentliyinin tabeliyində idi və hal hazırda səhifələr idmançılar tərəfindən idarə olunur.



    Yuxarıda göstərilən bütün statistika və göstəricilər 1 İyul - 30 Avqust 2016-cı il tarixli "Socialbakers" və "Facebook Insights" məlumatları əsasında hazırlanıb. Bundan əlavə "Socialbakers" statistikalarına görə NOC-un rəsmi Twitter statistikaları aşağıdakı şəkildədir.
     
    Son olaraq ümumi dəyərləndirsək, hər bir idman və olimpiya oyunları ilə maraqlanan şəxsin idman yarışları ərzində bu səhifədən mütəmadi olaraq məlumatlar əldə etdiyini rahatlıqla qeyd edə bilərik. Bu böyük məsuliyyətin arxasında 4 nəfər Rioda, 10 nəfər Bakıda olmaqla böyük bir Endorphin komandası dayanırdı. Bütün postlar, foto və videolar komanda üzvləri tərəfindən hazırlanıb.


    Fərid Pərdəşünas
    Technote Ekspert
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər