main-post-cover

    Milyarder amerikalı iş adamı Rockefeller həyatını itirdi

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Amerikalı iş adamı David Rokefeller 101 yaşında az əvvəl dünyasını dəyişdi. Məşhur iş adamının sözcüsu Fraser P. Seitel tərəfindən edilən açıqlamada Rokefellerin bugün öz evində öldüyü qeyd edilir. Fraser-in sözlərinə görə maliyyə və biznes dünyasının məşhur siması Rokefellerin ölüm səbəbi ürək çatışmazlığı olub. 6 dəfə ürək nəqli, 3 böyrək, 2 ciyər köçürülən Rokfellər 100 yaşını qeyd etdiyi gün hədəfinin 200 yaşını qeyd etməsi olduğunu açıqlamışdı.
     
    David Rokefeller 1915-ci ildə anadan olub və amerikanın biznes, bank sektorunda adlı-sanlı biznesmenlərdən birinə çevrilib. "Dünya İmperatorluğu", "Yeni Dünya Quruluşu" kəlimələri ilə bütün dünyanın diqqətini üzərinə çəkən Rokefeller, soyadını daşıdığı ailənin nümayəndələrindən olmaqla John Rokefellerin böyük oğludur. Biznesləri ilə məşhur olan Rokefeller, xeyriyyəçiliyi ilə də adından söz etdirmişdir.

    Harvard Universitetinə 100.000.000 dollar bağışlayan bu şəx minlərlə tələbənin təhsil almasında böyük rola malikdir. Eyni zamanda bir neçə yardım fonduna bəlli olmayan miqdarda kömək etmişdir.
    Linki kopyala