main-post-cover

    Milyon dollarlıq bir şirkət yaratmağın 10 əsas qaydası

    Digər
    07.05.2017
    Farid Pardashunas

    1) Bir problemə həqiqətən həll üsulu tapmaq

    Gördüyünüz iş həqiqətən bir problemi həll etməlidir. Bunların, mütləq Elon Musk-ınki kimi Mars-da atmosfer yaratmaq kimi həllər olmaq məcburiyyəti yoxdur. Məsələn Tinder də vacib bir problemi həll edir. Vacib olan var olan bir problemi kəşf edib, bir həll tapmaqdır.

    2) İşini həyatının mərkəzinə qoymaq 

    Əvvəla, şablon olsa da, çox amma çoooox işləməlisiniz. Təəssüf ki reallıq, Social Network filmindəki partilər qədər rəngli və şirin deyil…

    3) Yaxşı bir komanda qurmaq 

    Şəkildə Paypal-la başlayıb, Linkedin, Youtube, Yelp kimi bir sıra uğurlu iş quran, Paypal Mafia olaraq adlandırılan komandanı görə bilərsiniz. Paypal Mafia-nın bu şəklində əksik olan tək üzvü: Elon Musk-dır.

    4) Texnologiyanı yaxından izləmək 

    Fürsətləri daha cəld kəşf etmək üçün texnologiyadakı bütün trendləri yaxından izləməlisiniz. Bəlkə də axtardığınız həll çox da uzağınızda deyil.

    5) Restoran ya da kafe istəyən "dayday” yox, "Smart Money”i olan investorları tapmaq

    Əşi nə fərqi var, əsas odur pul gəlsin deməyin. Dünya üzrə startapların uğurlu olmaq nisbəti hər 1000 layihə üçün 3 olaraq qəbul edilir. Lakin Y Combinator adlı mentor-akselerator proqramının uğur nisbətini izlədikdə "Smart Money"i nə üçün vurğuladığımızı anlayacaqsınız.

    6) "Be a YES person"

    Bəli/Xeyir cavablardan birini verməli olduğunuz suallara mümkün olduğu qədər bəli deyə cavab verin. Yoxlamaqdan heç bir zaman zərər gəlməz. "Try fast, fail fast”; yəni sürətlə yoxla sürətlə uğursuz ol. Hər zaman uğursuz olacaqsınız deyə bir şey yoxdur. Bəli cavabı sizə çox fərqli qapılar aça bilər.

    7) Network

    Pulun satın ala bilməyəcəyi şeylər var. İşlərinizdə hər zaman müəyyən bir qapını açmalı olursunuz; bəzən yeni bir bazara giriş, bəzən alınması vacib olan tender. Bunun üçün ola bildiyi qədər fərqli qapıları açacaq açarları olan insanlarla tanış olmağa çalışın!

    8) Məzmun, məzmun və məzmun

    Hazırda, hər zamankindən daha çox reklama və mesaja məruz qalırıq. Buna görə də ənənəvi market kanallarının effektivliyi azalıb. Content Marketing olaraq adlandırılan "Məzmun Marketinqi”, müştərilərinizin maraq və ehtiyaclarına görə daha diqqətli və detallı hazırlandığı üçün çox daha təsirli olur.

    9) Düzgün Marketinq strategiyası

    Viral ola biləcək, hədəf kütlənizin marağını cəlb edəcək və 12-dən vurmağınıza yarayacaq marketinq strategiyaları yaratmalısınız.
    Şəkildə görüldüyü kimi; biraz əyləncəli olmasından da zərər gəlməz :)

    10) Technote 2.0-ı gözləyin

    Daima bu və ya digər məqalələr ilə sizlərin xidmətinizdə olan Technote ailəsi olaraq yaxın zamanlarda baş tutacaq Technote 2.0 təqdimatından sonra daha fərqli və güclü bir platformanı sizlər üçün aktiv edəcəyik. Technote izləyiciləri hər zaman digərlərindən 1-0 öndə olublar. Bu dəfə isə bu fərqi 2 dəfə artırmağa gəlirik. Read More, Hörmətli İzləyici!
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər