main-post-cover

    Milyon dollarlıq freelance iş qurarkən bilməli olduğunuz vacib məqamlar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bir çox hallarda ən asan iş kimi görünsə də freelance işi o qədər də asan deyil. İlk əvvəl bu işi düzgün təşkil etmək üçün məhsuliyyətli olmaq lazımdır. Yəni siz işi təyin olunmuş vaxtda çatdırmalısınız. Bu sizin işinizə nə qədər məhsuliyyətli yanaşdığınıza işarədir. Bundan əlavə işi ən yaxşı şəkildə qarşı tərəfə çatdırmalısınız. Bu bir növ müştəri məmnuniyyəti müştəri gətirir prinsipini ortaya çıxarır.
    Araşdırmaçı və INC yazarı Richard Agu, milyon dollarlıq bir freelance iş qurarkən lazım olan vacib məqamları 4 punktdaqeyd edib.

    1.Saatlarınızı qeyd etməlisiniz

    İşə vaxt ayırmaq dedikdə siz mümkün olduğu qədər işlərinizə çox vaxt ayırmalısınız. Yəni freelance olan biri olaraq işin dəqiq vaxtı yoxdur. Siz digərləri kimi 8 saat işləmək məcburiyyətində deyilsiniz. Siz bir işə 1 yaxud 10 saat da vaxt sərf edə bilərsiniz. Bu sizin işi təyin edilən vaxtda təhvil verməkdən aslı olaraq dəyişir. Təbii ki, siz işinizə nə qədər çox vaxt ayırsanız bir o qədər çox uğur əldə edə bilərsiniz. Elon Musk öz müsahibəsində həftədə 80-100 saat çalışmalı olduğunuzu bildirir. Belə olduqda digər insanların 1 ildə əldə etdiyi uğuru siz 4 aya çata bilərsiniz.

    2. İşinizi avtomatikləşdirin

    Yazarın sözlərinə görə siz bir işə yalnız deyil, ora digərlərini də daxil edərək daha asan idarə edə bilərsiniz. Məsələn, biri şahmat oynayır və siz kənardan onu müşahidə edirsiniz. Belə olan halda siz onun gördüyündən daha çox gediş şansı görürsünüz. Yəni freelance olarkən mümkün qədər belə variantları da gözdən keçirmək sizə vaxt qazandırmaqla bərabər, işinizi daha çox nəzarətdə saxlamağa imkan yaradır.

    3. Oturub möcüzə gözləməyin

    Hər zaman iş həyatı şahmat oyununu xatırladır. Yəni burda aparılan səhv bir hesab dəyərləndirməsi sonda sizin bazarda uduzmağınıza şərait yaradacaq.Təməl yanaşma olaraq siz hər zaman səhv etmə payını düşünməlisiniz, amma sonda hədəfinizdə yanılmamalısınız. Bunun üçün mükəmməl olmağa gərək yoxdu, əsas olan ona çalışmaqdır. Problemlərinizi analiz edin və müştərilərinizə əmin əldə olduqlarını hissetdirin.

    4.Bacarıqlarınızı hər keçən gün inkişaf etdirin

    Hər zaman təməl pul keyfiyyətlərinizi inkişaf etdirin. Uğur qazanmış firmaların daha çox böyüməsinin əsas səbəbi onların doğru insana və ya hissəyə investisiya etməsidir. Bir işdə fəaliyyət göstərərkən başqa bir xüsusiyyətinizi də inkişaf etdirin.Müxtəlif tərəflərinizi inkişaf etdirmək ən yaxşı yatırımdır. Bacarıqlarınızı inkişaf etdirmək sizin bir sahədən asılılığınızı aradan qaldıracaq. Məsələn, dizayn işi üzərində çalışırsınızsa, alternativ olaraq SMM də öyrənin. Bu sizə yeni gəlir qapısı açacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər