main-post-cover

    Milyonlara Gmail, Hotmail və Yahoo Mail hesabları oğurlandı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Gmail, Hotmail və Yahoo Mail hesabları oğurlandı. Şifrənizi dəyişin!

    Son zamanlarda artan kiber hücumların siyashısına biri daha əlavə olundu. Bizim üçün çox önəmli olan e-mail adreslərimiz, mütəxəssislərin dediyinə görə ələ keçirilmiş ola bilər.
    Təhlükəsizlik testləri edən və sistemlər yaradan Hold Security'də işləyən təhlükəsizlik mütəxəssisi Alex Holden, kimliyi hələ də bilinməyən hacker'lərin Hotmail, Gmail və Yahoo Mail hesablarını ələ keçirdiklərini söyləyiblər. Ümumi olaraq 273.3 milyon mail hesabınə ələ keçirməyi bacaran hacker'lar, oğurlamış olduqları hesabları 1 dollardan satışa çıxarırlar. 
    Bu hadisə qarşısında heç nə edə bilməyəcəklərini və bütün hesab məlumatlarının oğurlandığını deyən Alex Holden, paylanan bu məlumatların şirkətlərə geri göndərməyə çalışacaqlarını, amma məlumtların yayılmasına qarşı isə bir şey edə bilməyəcəklərini deyib. Bu kiber hücumdan 10 gün qabaq şirkətləri xəbərdar edən Hold Security, şirkətlərin mail sistemində olan böyük boşluq səbəbilə məlumatların ələ keçirildiyini açıqladı.

    Ələ keçirilən hesablardan 57 milyonu Mail.ru'ya, 40 milyonu Yahoo Mail'ə, 33 milyonu Hotmail'ə və 24 milyonu Gmail'ə aiddir. Eyni zamanda bəzi alman və çin mənbələri də hesabların ələ keçirildiyini söyləyib. 1 milyardan çox email hesaba sahib olduğunu bildirən Gmail və ya dünyanın ən çox istifadə olunan email adresi Hotmail kimi şirkətlərin sadəcə cüzi miqdarda hesab itirdiyini deyə bilərik. Amma yenə də, mail adreslərinizin şifrəsini dəyişməyiniz məsləhətdir.

    Linki kopyala