main-post-cover

    Mobil cihazlar üçün istifadəyə veriləcək PlayStation oyunları açıqlandı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Mobil platformaya gələcək olan PlayStation oyunları üçün bugün iki video yayımlandı.

    Xatırladaq ki, Sony mobil cihazlar üçün PlayStation oyunu gətirəcəyini açıqlamışdı. Amma bu vədin üzərindən artıq yarım ildən çox vaxt keçib. Vəziyyət belə olduqda SonyForwardWorks, PlayStation Experience 2016 tədbirində gələn il təqdim etməyi düşündüyü oyunların siyahısını açıqlayıb. Açıqlamalara görə bu oyunlar: Hot Shots Golf,Wild Arms, Arc the Lad What Did I Do to Deserve This, My Lord? olmalı idi.
    ForwardWorks, bugün bu oyunlardan əlavə Doko Demo IsshoBoku no Natsuyasumi kimi keçmiş oyunları da təqdim edəcəyini nümayiş etdirən videolarla yayımladı.

    Bundan əlavə Sony başqa bir oyun üçün Square Enix ilə birlikdə çalışdıqlarını, DisgaeaYomawari oyun silsiləsi üçünNippon Ichi Software ilə də bir araya gələcəklərini açıqladı.

    Təəssüf ki, bu oyunlar Yaponiyada çıxış edəcək. Oyunların başqa ölkələrə təqdim olunub-olunmaması haqda məlumat yoxdur. Yaponiyadakı mobil cihazlarına gələcək ilk oyun 2017-ci ilin baharında təqdim olunacaq Hot Shots Golf olacak.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər