main-post-cover

    Mobil Reklam vasitəsi Facebook Creative Hub nədir? Nə işə yarayır?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Mobil reklam hazırlanmasını və paylaşımını asanlaşdıran "Facebook”un platforması Creative Hub indi dünyaya açılır. Reklamını mobilə daşımağı hədəfləyən ya da mobil sahədə daha çoxuna, daha fərqlisinə, daha kreativinə çatmağı hədəfləyən reklamverən və marketing menecerlərinə gözəl xəbər!

    "Facebook”, şirkətlərin FacebookInstagram üçün hazırladıqları məzmun fikirlərini həyata keçirtməyi asanlaşdıran yeni vasitəsi Creative Hub-ı bütün dünya üçün istifadəyə verdiyini açıqladı.
    Creative Hub "İlham Qalereyası", reklamverən, reklam agentliyi və brend tərəfində və ya Facebook/Instagram reklamları yaratmaq prosesində yer alan hərkəsin istifadə edə biləcəyi bir vasitədir. Məzmunu yaratmaq, paylaşmaq, sınaqdan keçirmək və dəyərləndirmək üçün sektordan gələn tələb əsasında hazırlanmış bu proqram, ilk dəfə Cannes Lions-da elan edilmişdi və daha sonar 30 reklam agentliyi tərəfindən sınaqdan keçirilmişdi.
    Məqsədi sadə, mobil reklam istehsalını asanlaşdırmaqdır. Creative Hub üzərində məzmun istehsalçıları fərqli formatlarda reklam məlumatlarını görə biləcəkləri kimi başqa işləri incələmək və fikir bildirmək şansı da əldə edəcəklər. Beləcə Facebook/Instagram reklamlarının toplu şəkildə arxivləndiyi platform yaradılacaq. Creative Hub-ın köməyi ilə yeni platformalar və proqramlar asanlıqla sınaqdan keçirilərkən, məzmununmobildə necə görünəcəyi də asanlıqla görülə bilinəcək. Hədəf kütləsi strategiyaları üzərinə ipucuları almaq, reklamı paylaşmazdan əvvəl sınaqdan keçirmək, real zamanlı olaraq dünyanın dörd tərəfindəki müştərireklamagentlikləri ilə birlikdə işləmək kimi xüsusiyyətlər platformanı getdikcə gücləndirəcək.
      
    Gündə 1 milyarddan çox insanın Facebooka mobildən qoşulduğu dünyamızda Facebookdan mobil reklama təşviq edən belə bir addım gəlməsi də real olaraq qaçınılmaz idi. Creative Hub, yüksələn mobil trendini reklamverənlər (və təbii ki Facebook) baxımından daha məhsuldar hala gətirərkən reklam agentliklərinə də daha asan və daha yaradıcı işlər hazırlaya biləcəkləri bir platform təqdim edir.

    Linki kopyala