Mobil YouTube istifadəçilərinin çoxdan gözlədikləri funksiya gəldi (VİDEO)
Sosial Media
07.05.2017
Farid Pardashunas
Məşhur YouTube videoservisinin komandası, mobil telefon vasitəsilə canlı yayım funksiyasının əlavə olunduğunu elan edib.
Bundan sonra mobil telefon vasitəsilə
canlı yayım funksiyası hamı üçün aktiv olacaq. Sözügedən funksiya, servisin
mobil tətbiqinə inteqrasiya olunub. Canlı yayıma başlamaq üçün sadəcə olaraq
buna görə nəzərdə tutulmuş düyməyə klikləmək lazımdır. Hal-hazırda yeni
funksiya yalnız 10.000 izləyicisi olan istifadəçilər üçün aktiv olsa da, yaxın zamanda hamı üçün
təqdim ediləcək. Bundan əlavə olaraq YouTube-da daha geniş Super Chat özəlliyi əlavə
olunacaq. Qeyd etmək lazımdır ki, keçən ay YouTube-a ödənişli şərhlər
funksiyası əlavə edilmişdi. İndi həmin funksiya daha 20 ölkə üçün aktiv edilib.
Ödənişli şərh vasitəsilə yazılmış şərh, çatın yuxarı hissəsində müəyyən vaxt ərzində
xüsusi rəngdə qalır. İstifadəçinin isə hansı ölkədə yaşamasından asılı olaraq şərhlərin
qiymətləri dəyişir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)