main-post-cover

    Moda saytı 20 milyon dollar investisiya aldı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Xüsusilə böyük bədən paltarlar geyinən qadınları hədəfləyən və böyük bədən paltarlar geyinən qadınların şəxsi moda məsləhətçiliyini öz üzərinə götürən startap "Dia&Co", "Sequoia Capital"dan 20 milyon dollar investisiya aldı. 

    2014-cü ildə yaradılmış startap, böyük bədən paltar geyinən qadınlar üçün geyim və aksessuarlar satır. Dia&Co müştəriləri, onlayn olaraq anket dolduraraq öz zövqlərinə və tərzlərinə uyğun olaraq məhsul sifariş də edə bilirlər. 
    Abunəlik sistemi ilə işləyən startap, hər biri 20 dollar olan aylıq ödənişlər qarşılığında içində 5 ədəd məhsul olan qutular çatdırır. Bu abunəlik vasitəsilə digər Dia&Co məhsullarına da 20% endirim əldə edə bilirsiniz.
     

    20 Milyon dollarlıq investisiya, "Zappos"un keçmiş CEO-su Alfred Lin-in liderliyində toplandı. E-Ticarət sahəsində təcrübəli olan Alfredin bu investisiyada da mühüm rol oynadığı aydındır. Gələn investisiya ilə birlikdə startapın dəyəri 70 Milyon dollara yüksəlmiş oldu.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər