main-post-cover

    Modemləri zombiyə çevirən zərərli proqram bütün dünyanın internetini kəsəcək gücdədir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İnternet bu nəhəng təhlükəsizlik boşluğu ilə sarsılacaq. Milyonlarla modemdə istehsaldan qalma təhlükəsizlik boşluğunun olduğu və hackerlərin bu boşluq vasitəsilə zombi ordusu qurduğu ortaya çıxdı.

    Milyonlarla cihazı zombi halına gətirib interneti çökdürən ddos hücumu reallaşdıran hackerlərdən biri, modemlərdə yer alan bir boşluqdan istifadə edərək komputerlərə və ya IoT cihazlarına sızdıqlarını etiraf etdi.
    "Intel"in də qəbul etdiyi bu boşluq, "Intel"in istehsal etdiyi prosessorları istifadə edən Arris, Linksys və Cisco routerların bəzi modellərində, istehsaldan qalma təhlükəsizlik boşluğudur. "Intel" isə problemi həll etmək üçün firmware üzərində işlədiyini vurğuladıqdan bir müddət sonra uyğun yamağı paylaşdı. 

    3.2 milyon istifadəçi hackerlərin  Oyuncağına çevrildi

    3.2 milyon routerə təsir göstərmiş boşluğu düzəldən yamağı yükləmək üçün modem istehsalçınızın saytında, modem modelinizə uyğun yeni yamağın paylaşılıb-paylaşılmadığını yoxlaya bilərsiniz.
    Ancaq, hackerlər boşluq vasitəsilə zombi halına gətirdikləri routerlara yerləşdirdikləri zərərli proqramların, firmware ilə silinə bilməyəcəyini vurğulayırlar.
    Əgər hackerlərin iddiaları düzgündürsə, milyonlarla insanın modemlərinin və rəqəmsal cihazlarının, istehsalçıları tərəfindən yeniləri ilə dəyişdirilməsi də gündəmə gələ bilər. 
    Hackerlər, zombi halına gətirdikləri mövcud cihazları, daha çox boşluq tapmaq üçün nəhəng bir əməliyyat gücü olaraq istifadə edirlər, bu səbəbdən  də hər gün istifadə edə bildikləri yeni qurban cihazların sayını artırırlar. Beləcə daima daha güclü ddos hücumları edə bilirlər. Keçdiyimiz ay hackerlər, internet sisteminə qarşı girişdikləri ddos hücumunda, dünya səviyyəsində internet qoşulmasını keçici bir müddət üçün iflic etməyi bacarmışdılar. 
    Linki kopyala