main-post-cover

    Monitorlarınızı hackerlərdən qoruyun

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Amerikada keçirilən bir təqdimat mərasimində, hackerlərin monitorlardakı pikselləri hacklayaraq kompüter və ekranı idarə edə bildikləri ortaya çıxdı.

    Bu vaxta qədər monitorların kompüter keysinə bağlı olmadığı müddətcə heç bir funksiyasının olmadığı, sadəcə keysdən gələn məlumatları piksellərə, sonra da sözlərə və şəkillərə çevirdiyi zənn edilirdi. Edilən tədqiqatlar isə bunun heçdə belə olmadığını, piksellərin də hackerlər tərəfindən ələ keçirilib istifadə edilə bilindiyini ortaya qoydu.
    Kolumbiya Universiteti-ndən tədqiqatçı End Cuyi (And Cui), Las Veqas-dakı "Def Con" hack konfransında reallaşdırdığı bir təqdimatda, "İnanmayacaqsınız amma monitorunuzu hacklaya bilərik. Ekranınızdakı piksellərə çox da güvənməyin" dedi.
    Hackerlərin, istifadə etdikləri zərərli saytlara yönləndirdikdən sonra monitordakı parlaqlıq kimi sadə tənzimləmələri dəyişib, daha sonra yerləşdirdiyi sətirlərlə videolardan ya da saytlardakı piksellərdən əldə etdiyi kodlar vasitəsilə kompüterin keysini ələ keçirə bildiyini deyən Cuyi, bu metodla bir kompüterdə əslində olmayan şeylərin belə istifadəçilərə göstərilə bildiyini bildirdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər