main-post-cover

    Ən qədim iş elanı saytlarından olan Monster.com 429 milyon dollara satıldı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    1994-cü ildə Cef Teylor (Jeff Taylor) tərəfindən qurulan, ABŞ-da "Dot-com Bubble"dan sağ xilas olan nadir startuplardan biri olan "Monster.com", iş axtarmaq mövzusunda qlobal səviyyədə tanınan nadir startuplardan biridir. "Monster" , statistik rəqəmlərə görə hazırda 40 ölkədə fəaliyyət göstərir və 50 min işverənlə işləyir.

    Technote.az-ın "Webrazzi”-yə istinadən verdiyi xəbərə əsasən, Monster əsası Amsterdam-da yerləşən "Randstad Holdings" tərəfindən satın alınır. 22 illik iş təcrübəsinə sahib olan Monster, Randstadın 429 milyon dollarlıq təklifinə müsbət cavab verdi.
    "New York Birjası"-nda Monsterin hissələri, hissə başına 3.4 dollar ilə Randstad tərəfindən qiymətləndirilib ki, bu dünənki bağlanış qiymətindən olduqca yüksəkdir. Dünənki birja bağlanışında Monster-ın qiymətinin 262 milyon dollar olduğunu müşahidə etmək olar. Təbii ki, 2000-ci illərdə Monster-ın hissələrinin 91 dollara qədər yüksəlməsi kimi acı bir reallıq da var.

    Monster-ın satın alınması həm əsaslı bir şirkət olması tərəfdən həm də qısa müddət əvvəl Tinder modeli ilə işləyən, iş axtarmaq tətbiqi olan "Jobr"-ı satın alaraq yenilikləri izlədiyini göstərdiyi üçün sürpriz sayıla bilər. Web saytındakı məlumatlara görə də Monster.com-da hər dəqiqə 7900 iş axtarılır, 29CV yüklənir və 2.800 iş elanına baxılır. 
    Digər tərəfdən Randstad Holdings, bilavasitə işə düzəltmə agentlikləri ilə irəli çıxan bir şirkətdir və Monster ilə digital gücünü artırmağı hədəfləyir. Monster, satın alma sonrasında öz brendi altında xidmət göstərməyə davam edəcək və Randstadın texnologiya irəliləməsində vacib bir qüvvə olacaq. Paylaşılan məlumatlara görə Randstad indiyə qədər 2 milyon nəfəri işə yerləşdirmişdir və 4.500 şöbəsi vardır.
     
    Son olaraq bu satın almanın iş və kariyera sahəsindəki hərəkətliliyin son halqası olduğunu deyə bilərik. Keçən ay da Yapon iş axtarma şirkəti "Indeed Holdings", "SimplyHires.com"-u satın almışdı.
    Son olaraq bildirək ki, İnsan Resursları sahəsindəki yeni nəsil startupların (HR 2.0) diqqət çəkici olduğunu və irəlidəki zamanlarda daha da qiymətli olacağını proqnozlaşdırmaq olur.
    Linki kopyala