drzeka zeka kartları

Moto G5 Plus-ın ilk texniki göstəriciləri və fotoları sızdırıldı

08.05.2017 0 PAYLAŞIM 5444 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Moto G5 Plus-ın xüsusiyyətləri təqdim olunub.

Mobile World Congress (MWC) sərgisinin başlamasına az müddət qalmış, sızıntılar sürətli şəkildə davam edir. Sızıntıların bugünkü hədəfi "Motorola”nın Moto G5 Plus modeli oldu və bir çox xüsusiyyətləri ortaya çıxdı. Reddit-də ortaya çıxan qeydlərdəki iddialara görə, Google+ sosial şəbəkəsində Moto G4 qruplaşmasına üzv olan biri, Moto G5 Plus-ı ələ keçirməyi bacarıb. Lakin cihaz haqqında tam məlumat verməməyi seçmiş kimi görünür. Şəkillərdə gördüyünüz cihazın da Moto G5 Plus-a aid olduğu iddia edilir. Sızıntıların mənbəyi Google+ oldu! Sözügedən adam, cihazda Fm Radio ilə rəqəmsal TV kimi xüsusiyyətlərin olduğunu və cihazın artıq nano-SIM istifadə edəcəyini bildirib.

Əlavə olaraq smartfonun, 5.2 inç ekrana, 12 MP-lik "Rapid Focus” kameraya, barmaq izi skanına, NFC dəstəyinə və son olaraq da TurboPower dəstəkli 3.000 mAh enerji tutumlu batareyaya sahib olacağıda iddialar arasında yer alır. "Motorola” hansı səbəbə görə G5 Plus modelində 5.5 inç ekrandan istifadə etməyib? Bunun səbəbi əslində çox sadədir. Çünki firmanın bir digər cihazı Moto Z Play, Moto G5 Plus ilə eyni xüsusiyyətlərə malik olub və 5.5 inç ekran ilə bazara çıxacaq. Təbii olaraq da "Motorola”nın birəbir eyni xüsusiyyətlərə sahib iki fərqli telefonu bazara çıxarması məntiqli olmayacaqdı. Çünki firma bu vəziyyətdə öz-özü ilə bir rəqabətin içinə girəcək və zərərə uğrayacaqdı. Bu vəziyyətin qarşısını almaq üçün də ekran ölçülərində dəyişiklik edilib.