Moto G5 Plus modeli, anonsundan öncə satışa çıxdı

184

"Lenovo”a məxsus olan "Motorola”şirkəti yeni Moto G5 smartfon seriyasını hazırlayır.

Həmin seriya bu ilin Mart ayında satışa çıxmalıdır. Məlumata əsasən elanların yerləşdirildiyi OXL saytının Rumıniya şöbəsində Moto G5 Plus modeli satışa çıxarılıb. "Technote.az"ın "Gizmochina"a istinadən verdiyi xəbərə əsasən həmin saytda yeni smartfonun foto və texniki göstəriciləri təqdim edilib. Elanda qeyd olunub ki, satışda olan Moto G5 Plus, mühəndis nümunəsidir. Yəni əslində o, satış üçün nəzərdə tutulmayıb. Fotodan göründüyü kimi smartfon metal korpusa və ekranının aşağı hissəsində barmaq izi skanına sahibdir. Texniki göstəricilərinə gəldikdə isə Moto G5 Plus, 5.5 inç Full HD ekran, 8 nüvəli Snapdragon 625 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş, 3080 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunacaq. Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi üzərində çalışacaq. Qeyd etmək lazımdır ki, yeni smartfon büdcəli olacaq. Sözügedən saytda təqdim olunmuş elanda, smartfon 381$ qiymətinə satılır. Satıcı qeyd edib ki, cihazın rəsmi satışları Mart ayında başlayacaq. Çox güman ki, Moto G5 Plus-ı gələn ay MWC 2017 təqdim edəcəklər.