main-post-cover

    "Motorola", "ağıllı" saat istehsalı ilə bağlı vacib qərar qəbul etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Lenovo” şirkətinin bir şöbəsi olmuş "Motorola” yaxın gələcəkdə yeni "ağıllı” saat istehsalı planından vaz keçib.

    Bu barədə "Motorola” məhsullarının hazırlanması üzrə direktoru Shakil Barkat, Çikaqodakı tədbir çərçivəsində qeyd edib. "Technote.az”ın "TechCrunch”a istinadən verdiyi xəbərə əsasən Barkat bildirib ki, bazar hal-hazırda yeni "ağıllı” saatlara ehtiyac duymur. Bununla yanaşı o qeyd edib ki, sözügedən saatlara müəyyən müddətdən sonra tələbat ola bilər. Lakin bu, yaxın gələcəkdə baş verməyəcək. Qeyd etmək lazımdır ki, "Motorola”nın siyahısında, Android Wear əsasında hazırlanmış iki model Moto 360 "ağıllı” saatları vardır. "Google" şirkəti hal-hazırda Android Wear 2.0 üzərində çalışır. Onun təqdimatı 2017-ci ilin əvvəlində gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər