"Mozilla" şirkəti yalnız iOS-də çalışan yeni Firefox Focus brauzerini təqdim etdi

224

"Mozilla” şirkəti yalnız iOS cihazlarda çalışan Firefox Focus brauzerini təqdim edib.

Şirkətin sözlərinə görə yeni brauzer istifadəçilərə sadəlik və istifadədə rahatlıq gətirəcək. Onların şəxsi məlumatları isə tam şəkildə qorunacaq. Firefox Focus-a daxil olan zaman brauzer həmin dəqiqə lazımsız məzmunları və onlayn torrent saytlarını block edəcək. Bu xüsusiyyət "Apple” cihazlarına daha sürətli iş prosesini və yüklənməni təmin edəcək. İstifadəçilər isə kiçik nüanslara diqqət ayırmadan işləri ilə məşğul ola biləcəklər. Həmçinin yeni brauzerin hər bir səhifəsində xüsusi təmizləmə düyməsi var. Həmin düymə vasitəsilə istifadəçi tez bir zamanda ziyarət etdiyi saytların siyahısını silə bilər. Firefox Focus-u həmçinin Safari brauzerində məzmunların block edilməsi kimi də istifadə etmək olar. Bu halda Firefox Focus əlavə funksiya rolunu oynayaraq yalnız fon rejimində çalışır. Yeni brauzeri artıq burdan yükləmək olar.