Mübariz İbrahimovun xatirəsinə Türkiyə və Azərbaycan iş birliyi ilə çəkiləcək filmin ilk teaseri
Digər
07.05.2017
Farid Pardashunas
Mübariz İbrahimov Azərbaycan xalqının yaddaşında bir qəhrəman, bir şəhid, vətən uğrunda canını fəda edəcək qədər qorxusuz biri olaraq həkk olundu. Bizlərə vətən övladının nələrə qadir olduğunu göstərən Mübariz İbrahimovun xatirəsinə Türkiyə və Azərbaycan iş birliyi ilə çəkilən "Mübariz” filminin ilk teaseri təqdim olundu.
2015-ci ildən bəri hazırlıqları davam edən Azərbaycan Milli
Qəhrəmanı Şəhid Mübariz İbrahimov-un həyatını mövzuya alan film Türkiyədə baş
verən darbe girişimindən sonra yubadılaraq 2017-ci ilin yaz aylarında İST Film tərəfindən Azərbaycanda çəkiləcəkdir. Türkiyə və Azərbaycan xaricində Hollywood
və Bollywood filmlərində yer alan dünyaca məşhur rejissorlarla birlikdə çəkiləcək
film 2018-ci ildə səhnələrdə yerini alacaqdır. Azərbaycan Dövləti rəhbərliyinin
də razılığı ilə çəkilişdə Mübariz İbrahimovun yaşadığı real məkanlardan istifadə
ediləcək.
Türkiyə və Azərbaycandan iki rejissorun birlikdə işləyəcəkləri
layihədə Azərbaycan komandasında rejissor Samir Kərimoğlu, ssenari komandasında Rəşad Süleymanoğlu və aktyor komandasında isə dünya üzrə məşhur aktyorlar
birlikdə işləyəcəklər.
Qarşınızda həmin o ilk teaser:
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ