Müdirin yaxınlaşdığını xəbər verən tətbiq yaradılıb

419

Yaponiyalı proqramçı Hiroki Nakayama Boss Sensor adlı tətbiq yaradıb.

Bu tətbiq tənbəl işçiləri, müdirin qəzəbindən qoruyacaq. Belə ki, müdir iş masasına yaxınlaşan zaman tətbiq bunu aşkar edəcək və işçinin kompüterinin ana səhifəsindəki lazımsız pəncərələri bağlayacaq. Tətbiq, veb kamera vasitəsilə məlumatları əldə edərək ofis şəraitini incələyir. Kompüterə kimsə yaxınlaşan zaman fotonun tanınması sistemi işə düşür. Yəni Boss Sensor müdirin üzünü tanımağa çalışır. Tətbiq neyron şəbəkəsi üzərində qurulub. Həmin neyron şəbəkəni öyrədən zaman proqramçı öz müdirinin bir çox fotolarını müxtəlif sosial şəbəkələrdən götürüb və artıq detalları aradan qaldıran ImageMagick alqoritmindən istifadə edib. Müdirin üzünün tam ərazini tutduğu redaktə edilmiş fotoları, Nakayama öz neyron şəbəkəsinin öyrədilməsində istifadə edib. Bundan sonra tətbiq, müdiri 6-7 m uzaqlıqdan tanıya bilib. Lazımsız pəncərələrin gizlədilməsindən sonra proqramçı hansısa bir layihənin olduğu pəncərəni açaraq müdirinin yaxınlaşmasına 4-5 saniyə qalmış kompüterdəki ana səhifəni qaydasına salıb.