main-post-cover

    Müştəri məmnuniyyəti vacibdir deyən "Samsung", Galaxy Note 7 üçün yanmayan qutular yollamağa başladı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung" rəsmi şəkildə Galaxy Note 7 istehsalına son verdi. Şirkət müştəri məmnuniyyətinə cihazın keyfiyyəti baxımından nail ola bilməsə də, bunu xüsusi bir qutu ilə geri qaytarmağı ümid edir.

    Ağıllı telefonlar arasında ən böyük səs-küyə səbəb olmuş cihaz bəlkə də Galaxy Note 7 hesab olunur. Belə ki, bazara çıxdığı vaxtdan cəmi 3 ay keçməsinə baxmayaraq, Galaxy Note 7-nin partlama xəbərləri medianı məşğul edən əsas məsələlərdən biri oldu. Yenilənən cihazların partlama xəbərləri də gəldikdə sonunda şirkət bu telefonun istehsalını dayandırmağa məcbur oldu.
     

     
    "Samsung" Amerikada Note 7-lərin qaytarılması üçün xüsusi dizayn olunmuş qutu yollamağa başlayıb. Belə ki, bu xüsusi qutunun içində termal bir qutu mövcuddur. Termal qutunun içində əlçəklər, anti-statik paket və istifadəsi haqda təlimat kağızı mövcuddur. Termal qutunun içində daha iki qutu mövcuddur. Ən son, əlcəkləri istifadə edərək telefonu anti statik paketə qoyub qutuya yerləşdirirsiniz və sonra digər qutulara qoyub karqoyla "Samsung" şirkətinə göndərirsiniz.
    Termal qutunun üzərində hava yoluyla da göndərmənin qanunauyğun olduğu göstərilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər