main-post-cover

    Mütəxəssislər: Qrafik açarı, 5 cəhddən sındırmaq mümkündür

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Lankaster Universitetinin mütəxəssisləri sübut ediblər ki, qrafik açar üsulu, smartfonun digər şəxslər tərəfindən hack olunmasının qarşısını almır.

    Mütəxəssislər qeyd ediblər ki, barmaq izi skanı, şifrə və ya rəqəmsal PIN kod, smartfonu daha etibarlı şəkildə qoruyur. Qrafik açarlardan 40% Android istifadəçiləri yararlanır və onların demək olar ki, hamısı təhlükəsiz deyil. Əgər hər-hansı bir hacker, sizə yaxın məsafədə oturub və sizin, smartfonu necə qrafik açar vasitəsilə aktiv etdiyinizi kameraya çəkirsə onda ona heç smartfonun ekranına belə baxmaq lazım deyil. Bunu çox sadə üsulla etmək olar. Məsələn sizin smartfonunuzu hack etmək istəyən şəxs sadəcə olaraq guya öz smartfonunda hansısa işi gördüyü təəssüratını yarada bilər. Bu cür videoların analizi ilə isə jestləri tanıyan tətbiqlər aparırlar. Nəticə olaraq isə tətbiq, hackerə lazımi qrafik açar kombinasiyasını təqdim edir. Qrafik açar nə dərəcədə qəliz olarsa, tətbiq onu daha dəqiqliklə müəyyən edir. Mütəxəssislər təyin ediblər ki, bu cür videoçəkilişi, 2.5 m məsafədən etmək olar. Beləliklə ictimai yerdə hər-hansı birinin smartfonunu hack etmək mümkündür. Təcrübə üçün 120 unikal qrafik açarın təyin olunması eksperimenti aparılıb. 95% halda isə 5 cəhddən sonra lazımi qrafik şifrə kombinasiyası təyin olunub. Bununla mübarizə aparmaq çox asandır. Belə ki, qrafik şifrəni yığdığınız barmağınızı digər əlinizlə örtün.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər