main-post-cover

    Mütləq iştirak etməli olduğunuz Bakıda keçiriləcək iki möhtəşəm startap tədbiri

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bakıda gələcək həftə üçün nəzərdə tutulan iki startup tədbirini sizlərin diqqətinizə çatdırmaq istəyirik. SUP Akselerasiya Mərkəzi-nin təşkil edəcəyi Startup Europe Week ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi-nin təşkil edəcəyi Introduction to Startup Funding & Investment tədbirləri startapçılar üçün əvəzedilməz təcrübə olacaqdır.

    Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin inkubasiya proqramının ikinci mərhələsinə daxil olan Introduction to Startup Funding & Investment tədbiri 30 Yanvar tarixində mərkəzin ofisində keçiriləcək.PMD Group-un Deputy CEO-su olan Farid Musayevin təqdimatında keçiriləcək Introduction to Startup Funding & Investmentseminarı Startapların Maliyələşdirilməsi və İnvestisiya, Maliyələşdirmə mərhələləri, Vençur Kapitalı barədə geniş məlumatları əldə etməyinizə şərait yaradacaq. Sual-cavab sessiyasında isə professional maliyyəçiyə suallarınızı ünvanlaya bilərsiniz. Ətraflı məlumat əldə etmək və tədbirdə iştirak etmək üçün Introduction to Startup Funding & Investment – Facebook Event-inə daxil ola bilərsiniz.
    İki gün davam edəcək Startup Europe Week tədbiri isə SUP Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə iştirakçılara Avropa Startap Mədəniyyətini, İnvestor qarşısında çıxış etməyin incəliklərini, Məhsulu bazara necə çıxarmalı olduqlarını, Pulu hardan tapmaq olar və s. kimi məlumatları çatdıracaq. Dünyanı dəyişdirəcək bir ideyanız varsa və bunu necə təqdim edəcəyinizi bilmirsinizsə bu tədbir sizin üçündür. 9 -10 Fevral tarixlərində Sup Akselerasiya Mərkəzinin ofisində baş tutacaq olan tədbirdə iştirak etmək üçün və ətraflı məlumat almaq üçün BURADAN Facebook event-inə daxil ola bilərsiniz.
    İşinizə yaracayağını düşündüyümüz bu iki tədbirdə iştirak edərək digər startapçılar ilə tanış ola, yeni biliklər əldə edə və startapınızı inkişaf etdirə bilərsiniz.
    Linki kopyala