Mövcud bütün startap yarışlarının qalibi olan “Kvotter”in uğrunun arxasında gizlənən 3 səbəb
Digər
07.05.2017
Farid Pardashunas
2016-cı
ildə Azərbaycanda keçirilən startap yarışlarının demək olar ki, hamısının
qalibi olan "Kvotter” layihəsi, Yeni Fikir yarışmasından 5000 Avro qrant əldə
etdikdən sonra son olaraq gələn il Azərbaycanı İsveçrədə Seedstars World yarışmasında
təmsil etmək hüququnu da qazanıb. Kitablardan sitatların paylaşılmasını
asanlaşdıran bu tətbiq ayrılıqda bir sosial platformadır və əsas hədəf kütlə
kitab oxuyan və kitabla maraqlanan insanlardır. Belə bir vəziyyətdə hər tərəfdən
müsbət rəylər alan və hələ ki, tənqid edilməyə bir səbəb tapılmayan bu layihənin
əllərində hazır məhsul olmadan yerli bazarda ard-arda uğur qazanmasının əsas səbəbləri
nədir?
1. Köhnə bazarda yeni layihə -
Startap yarışlarında iştirak edənlər və bu bazarı yaxından izləyən insanlar
yaşı bilir ki, 2016-cı il əsasən 2015 və daha əvvəl ki, illərdə olan layihələrin
təkrarlanması və yenidən təqdim olunması ili idi. Hər startap tədbirində təqdim
olunan layihələr artıq həm iştirakçılar həm də münsiflər üçün maraqsızdır.
Artıq izləyici və münsiflər keçən ildən bəri heç bir dəyişiklik yaşamayan və
inkişaf etməyən layihələrin təqdimatlarını izləməkdən bezib və hətta layihə müəllifinə
verməyə sual belə tapılmır. Bu baxımdan yeni ideya ilə bazara girən Kvotter bu
mövzuda rəqiblərindən 1 addım öndə idi. Yeni ideya istər investorlarda istərsə
də bazarda maraq yaratmaya bilməzdi. Bu baxımdan Kvotter-in uğurunun ilkin səbəbi
yeni olması və köhnə startaplarla mübarizə aparması idi.
2. Coşqun Kərimov – Təqdimatlara
izləyici və münsiflərin sona qədər maraqla qulaq asmasının və 6 dəqiqənin necə
keçdiyinin hiss edilməməsinin bir əsas subyektiv səbəbi varsa o da Coşqundur. "Təqdimat
canavarı” adlanan bu adam sanki sehirbazdır. Bükülmüş konserva qabın belə
gözəl və pozitiv təqdim edəcək potensiala malik bu adam ideya müəllifi olduğu bu layihəni
sözün əsl mənasında əla təqdim edir. Axıcı ingilis dilinin olması və yüksək təqdimetmə
bacarığı, təlimçilik, natiqlik və kütlə önündə çıxış etmək Coşqunun
ixtisaslaşdığı və işlədiyi sahədir. Uğurun əsas səbəbini soruşsaz qısacası
Coşqun deyə bilərik.
3. "Kvotter”in qlobal yönümlüyü –
Əksər layihələr və startaplar digər qlobal laiyhələrin lokallaşmış versiyası
olduğu halda Kvotter ideya baxımından birbaşa olaraq ölkəmizdə və dünyada rəqibsizdir. Bu baxımdan Shrippy-ni də bu siyahıya əlavə etmək olar. Dolayı
yolla bir çox iri platformalara rəqib olsa da Kvotter-in yaratdığı sosial mühit
digərlərindən fərqlənir. Bu baxımdan birbaşa qlobal bazarı hədəf alan və yaxşı
ideya üzərindən qurulmuş bu layihənin uğur səbəblərindən biri də qlobal bazarı
hədəf alması idi.
Bookmate kimi qlobal rəqibin olduğu bir bazara daxil olan Kvotter hələ
də özünə lazım olan investisiyanı almayıb. Azərbaycanda kifayət qədər qalib
olmaq baxımından uğur qazanan layihənin Android platforması üçün alpha versiyadatətbiqləri MVP olaraq hazırdır. Yarışmalarda rahatlıqla uğur qazanan Kvotter, görək daxili bazarda istifadəçilər və bazar yönümündən də uğur qazana biləcəkmi?
Komanda olaraq kifayət qədər təcrübəli üzvlərdən təşkil olunan Kvotter-in gələn
il Seedstars-da performansın izləmək çox maraqlı olacaq.
Ətraflı məlumat : www.kvotter.com
Ətraflı məlumat : www.kvotter.com
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)