main-post-cover

    MWC 2017-də təqdim olunacaq 3 yeni Nokia modeli haqqında ilk məlumatlar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "HMD Global” şirkəti, MWC 2017 sərgisində 3 ədəd yeni Nokia modeli təqdim edəcək.

    Bu smartfonlar Nokia 3, 53310 modelinin davamçıxı olacaqlar. Bu barədə məşhur insayder Evan Blass xəbər verib. Nokia 6 ilə şirkət, Galaxy S7iPhone 7 cihazlarına rəqib olmağı düşünmürdü. Sərgidə təqdim olunacaq Nokia 3 və 5 modelləri də Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq büdcəli smartfonlar olacaqlar. Nokia 5-in göstəriciləri, Nokia 6 ilə demək olar ki, eyni olacaq. Əsas fərq isə ondan ibarət olacaq ki, Nokia 5, 2 GB-lıq RAM, 720p keyfiyyətli ekran və 12 MP-lik arxa kamera ilə təchiz olunacaq. Bu cür göstəricilər, smartfonun qiymətini 50 avro aşağı salmağa imkan verəcək. Beləliklə onun gözlənilən qiyməti 199 avrodur. Nokia 3-ün qiyməti isə 149 avro təşkil edəcək. Lakin onun texniki göstəriciləri barədə heç bir məlumat yoxdur. Ən maraqlısı isə Nokia 3310 modelinin davamçıxı olacaq yeni telefondur. Ondan ən çox gözlənilən, yüksək davamlı korpus və batareya həcmidir. Bu telefon barəsində də qiymətdən başqa heç bir məlumat yoxdur. Onun güman olunan qiyməti 59 avrodur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər