main-post-cover

    MyDutyFree, Azərbaycan bazarına daxil olur

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Duty Free ticarət, vergidən azad ticarət deməkdir. Duty Free alış-veriş edə biləcəyiniz mağazalara xaricə gedərkən ya da xaricdən qayıdarkən baş çəkə bilərsiniz.


    Lakin Azərbaycan bazarına daxil olmağa hazırlaşan yeni MyDutyFree layihəsi, artıq Duty Free mağazalardan onlayn olaraq alışveriş etməyinizə şərait yaradacaq. Səyahətçilər üçün 10% endirimlə Duty-free ticarət şansı yaradan MyDutyFree onlara axtardıqları məhsulları daha ucuz qiymətə əldə etmək şansı verəcək. Yanvar ayından etibarən Heydər Əliyev Adına Beynəlxalq Hava Limanından səyahət edən alışveriş həvəskarları MyDutyFree xidmətlərindən istifadə edə biləcəklər.

    Sistem Necə İşləyir?

    Beləki, səyahət edən şəxs MyDutyFree.Net saytına daxil olaraq və ya mobil tətbiqini (Android), (iOS) yükləyərək istədiyi məhsulu sifariş verir və aeroportlarda yerləşən "təslimat nöqtələrindən” sifariş verdiyi məhsulu təslim alır.
     
    Platformadan məhsulu sifariş verdikdən sonra, MyDutyFree tərəfindən məhsul paketlənərək təslimat nöqtəsində saxlanılır. Müştəri isə səyahət edəcəyi aeroportdakı MyDutyFree nöqtəsinə yaxınlaşaraq hazır məhsulunu satın alır, sıra gözləmək və digər cansıxıcı prosedurlardan azad olur, duty-free üstünlüklərindən (orjinal məhsullar, yüksək keyfiyyətli və brend məhsulların ən ucuz qiymətləri və s.) yararlanır. Bu zaman isə səyahət edən şəxs, MyDutyFree-dən sifariş veribsə normal duty-free mağazalarından belə 10% endirimlə alışverişini tamamlamış olur. Başqa sözlə MyDutyFree, səyahət və alışveriş həvəskarları üçün duty-free ticarəti sürətli və daha ucuz olaraq təklif edən bir servisdir.
    MyDutyFree, Azərbaycan bazarına daxil olur


    MyDutyFree websaytında və ya mobil tətbiqetməsində daimi yenilənən məhsul və qiymət kataloqundan rahatlıqla seçim etmək mümkündür. Və son olaraq səyahət edən şəxslər üçün, "paylaşılmış alışveriş səbəti” funksiyası da mövcud olan MyDutyFree, dostlarının sifariş etdikləri məhsulları səyahət edən şəxsin təhvil ala bilməsi üçün onun hesabına icazənin verilməsini də təmin edir.
    MyDutyFree qlobal bir layihədir və sürətlə müxtəlif ölkələrin bazarlarına daxil olur. MyDutyFree-nin əsas məqsədi otel və aviabilet bron etmək kimi, səyahətçilərə əsas duty-free məntəqələrindən alışveriş etmək üçün əlverişli bir vasitə rolunu oynamaqdır. Bununla da MyDutyFree, bütün səyahət prosedurlarını onlayn olaraq həll edən turistlərə duty-free mağazalardan alışveriş etmək üçün innovativ bir həll üsulu təklif edir.
    MyDutyFree, Azərbaycan bazarına daxil olur

    MyDutyFree, Azərbaycan bazarına daxil olur

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər