“Nar” sərfəli rominq kampaniyasını təqdim edir

378

"Şərq” kampaniyası daxilində təqdim olunan rominq paketlərindən yararlanmaqla "Nar” abunəçiləri Birləşmiş Ərəb Əmirliklərində olduqları zaman davamlı ünsiyyətdə qalmaq və rominq xərcləri barədə düşünməmək imkanı əldə edirlər.

"Şərq-5” paketinə həm gələn zənglər üçün 5 dəqiqə, həm də çıxan zənglər üçün 5 dəqiqə və 500 MB internet trafiki daxildir. Paketin istifadə müddəti sifariş günündən etibarən 3 gündür. Gələn/çıxan dəqiqələr və internet trafik paketin istifadə müddəti başa çatmamış bitərsə, hesablamanın aparılma qaydası belədir: çıxan zənglərin dəqiqəsi – 1,50 AZN, gələn zənglərin dəqiqəsi – 0,25 AZN, 1 MB internet trafikin qiyməti – 1,50 AZN.

"Şərq-15” paketinə həm gələn zənglər üçün 15 dəqiqə, həm də çıxan zənglər üçün 15 dəqiqə və 1500 MB internet trafiki daxildir. Paketin istifadə müddəti sifariş günündən etibarən 30 gündür. Gələn/çıxan dəqiqələr və internet trafik paketin istifadə müddəti başa çatmamış bitərsə, hesablamanın aparılma qaydası belədir: çıxan zənglərin dəqiqəsi – 1,50 AZN, gələn zənglərin dəqiqəsi – 0,25 AZN, 1 MB internet trafikin qiyməti – 1,50 AZN.

"Şərq” paketlərindən birini hələ Azərbaycanda ikən və ya Birləşmiş Ərəb Əmirliklərinə çatmamışdan öncə də sifariş etmək mümkündür. "Şərq-5” paketinə qoşulmaq üçün +105yazıb 777 qısa nömrəsinə SMS göndərmək və ya telefonun ekranında *777#105#YESkodunu yığmaq, "Şərq-15” paketinin sifarişi üçün isə +115 yazıb 777 qısa nömrəsinə SMS göndərmək və ya telefonun ekranında *777#115#YES kodunu yığmaq kifayətdir.

Qeyd edək ki, abunəçilər rominqdə bir ilk olan bu sərfəli paketdən istədikləri sayda sifariş edə bilərlər. Bu zaman dəqiqə və internet trafikin istifadəsinin öncəliyi sifariş tarixinə əsasən verilir. Təklifdən "DU” mobil operatorunun şəbəkəsinə qoşulan öncədən və sonradan ödənişli bütün "Nar” abunəçiləri yararlana bilərlər.

"Nar” rominq xidməti barədə daha əraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.