NASA, astronavtların yeni qida növlərini təqdim etdi (VİDEO)

184

NASA ictimaiyyətə astronavtların qidalanacaqları kosmik yeməkləri təqdim ediblər.

Bu kosmik yeməklər "Orion” kosmik gəmisinin astronavtları üçün nəzərədə tutulub. Sözügedən kosmik gəmi sayəsində astronavtlar Ayın orbitindən kənarda olan dərin kosmosu müşahidə edəcəklər. "Technote.az”ın "NASA”a istinadən verdiyi xəbərə əsasən "Orion” kosmik gəmisinin mühiti, qidalanma üçün yeməklərin saxlanması baxımından məhdud yerə sahibdir. BKS-dəki (Beynəlxalq Kosmik Stansiya) astronavtlardan fərqli olaraq "Orion” kosmik gəmisinin üzvlərinə mütəmadi olaraq Yer kürəsindən qida məhsullarını çatdırmaq mümkün olmayacaq. Buna görədə onların qida növləri müxtəlifliklə fərqlənmirlər. Təqdim olunmuş videoda hərəsinin 700-900 kilokalori qida dəyəri olan yemək növləri əks olunmuşdur. Hal-hazırda alimlər məhdud sayda qida növlərinin, astronavtların mənəviyyatına necə təsir edəcəklərini qiymətləndirmək ilə məşğuldurlar.