NASA-dan astronavtların tualet problemini həll edə bilənə pul mükafatı

6303

Hər cür qarmaşıq vəziyyətin içindən çıxmağı bacaran NASA, bu dəfə heç gözləmədiyi bir məsələyə görə sıxıntı çəkir.

Dünyanın xaricində, hətta digər planetlərə insan göndərə biləcək qədər texnologiyamız var və hər keçən gün daha da yaxşısını edə biləcəyimiz formada bu texnologiyaları inkişaf etdiririk. Ancaq böyük bir problemimiz var. Daha doğrusu problemin həmsöhbəti NASA-dır. NASA, hələ astronavtların tualet atıqları mövzusunda tam olaraq nə edəcəyini tapa bilmiş deyil. Burada da meydana biz giririk. NASA astronavtların tualet atıqları barədə yaşadığı problemlə bir çarə təklif edə biləcək şəxsə tam olaraq 30.000 dollar pul mükafatı verəcəyini açıqladı.

Əslində kosmik gəmidə olan astronavtlar üçün belə bir problem mövcud deyil. Əsl problem, astronavtların geyimləri ilə kosmos mühitində olduqları zaman meydana çıxır. NASA astronavtlarından Rick Mastracchionun mövzu ilə bağlı açıqlaması belədir:

"Aya doğru səyahət edən bir qrup astronavt düşünün. Təcili bir vəziyyət yaranır və gəmi, kabinə təzyiqini itirməyə başlayır. Bu səbəbdən də astronavtlar, təzyiqdən qorunmaq üçün skafandrlarını geyinmək məcburiyyətində qalırlar. Belə bir vəziyyətdə, skafandrların içində qalan astronavtlar tualet ehtiyyaclarını necə ödəyəcəklər?”

Astronavtların skafandrları təmiz hava, su və təxminən 6 gün qədər kifayət edə biləcək qisa maddələrini təmin edə bilir. Ancaq astronavtın tualet ehtiyacı olduqda vəziyyət necə olacaq?


NASA-nın böyüklər üçün bezlər tərzində bəzi həlləri var ancaq bunlar nəticə etibarı ilə keçici tədbirlərdir. Nəticə etibarilə astronavt bezi dəyişdirmək üçün skafandrı çıxartmaq məcburiyyətindədir. Burda əsl məsələ isə bu geyimi çıxarmadan tualet işini həll etməkdir. Üstəlik geyimdə çox da yer olmadığını da bildirək.

Problem budur ki, ağırlıq olmayan bir mühitdə qatı maddələr uça, maye maddələr dağıla bilər. Yəni bu qatı və mayelərə dağılmadan, uçub getmədən müdaxilə edilməsi lazımdır. Bu mövzuda NASA, necə bir həll üsulu hazırlaya biləcəyi mövzusunda kömək gözləməkdədir.

Bəs sizcə necə ola bilər? Həll üsulunu İngiliscə olaraq ifadə edə biləcək dostlar "BURADANNASA-nın həll üsulu formunu dolduraraq 30.000 dollarlıq mükafat üçün fikirlərini yaza bilərlər.