main-post-cover

    NASA laboratoriyasında robot partlayışa səbəb olub (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    NASA, RoboSimian adlı robota quraşdırılmış çox miqdarda batareyaların partlamalarının videosunu paylaşıb.

    Hadisə bu ilin İyun ayında baş versə də, NASA yalnız Oktyabr ayında robotun alışaraq partlaması barəsindəki videonu paylaşıb. RoboSimian robotu partlama səbəbi olmuş 96 batareya elementi hesabına çalışırdı. "Technote.az”ın "Hi-tech.mail.ru”a istinadən verdiyi xəbərə əsasən layihənin rəhbərinin fikrincə həmin batareyalardan biri nasaz olub. Məhz həmin nasaz batareya qalan bütün batareyaların partlamalarına gətirib çıxarıb. Qeyd etmək lazımdır ki, RoboSimian ciddi hadisələrin baş verdiyi yerdə xilasedicilərə yardım etmək məqsədilə yaradılır. Robot, 4 mexanik ayaq üzərində hərəkət, pilləkənlərlə qalxa, qapıları aça və uçqun qalıqlarını təmizləyə bilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər