NASA-nın kəşfiyyat vasitəsi Marsda bor mineralı tapdı

251

NASA-nın kəşfiyyat vasitəsi Curiosity, Marsın üzərində bor mineralının izlərinə rast gəldi.

NASA, Marsda araşdırmalarını hələ də davam etdirir. NASA-nın kəşfiyyat vasitəsi, Sharp dağı adlandırılan hissədə bor mineralının izlərinə rastladı. Bu kəşf, planetdə keçmiş zamanlarda uzun zaman mövcud olmuş yer altı suyun varlığına işarə ola bilər. Los Alamos Beynəlxalq Laboratoriyasının San Fransiskoda hər il təşkil etdiyi hesabatda, suyun içində bor mineralına aid izlərə rast gəlməsi, Marsda keçmişdə su mənbələri ola biləcəyini ifadə edir. Laboratoriya araşdırmaçılarından Patrick Gasda, "Əgər kalsium sulfat mineral hissələri içində tapılan bor Dünyadakına bənzər xüsusiyyətlərə malikdirsə, onda Curioisty-nin tapdıqlarına əsaslanaraq Marsın yeraltı sularının 0 ilə 60 dərəcə arası istiliyə və neytral xüsusiyyətə sahib olduğu nəticəsinə gətirir” deyə bildirib.

 

Gasda bu kəşfin keçmiş zamanlarda normal orqanizmlərin yaşamasına imkan yaradacaq yeraltı su qaynaqlarının ola biləcəyi ehtimalını ortaya çıxarır. Marsda həyat olub-olmadığına dair araşdırma edilməsi üçün 2012-ci ilindən bəri Qızıl Planetdə olan Curiosity-nin bu kəşfinin çox vacib xarakter daşıdığını deyən araşdırmaçılar, kəşflərini davam etdirəcəklərini bildiriblər.