main-post-cover

    NASA, sosial media istifadəçiləri üçün GIF kolleksiyası təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Sosial mediada GIF istifadəçilərini sevindirəcək daha bir yenilik NASA tərəfindən təklif olundu. NASA əlindəki böyük foto arxivindən istifadə edərək GIF yaratdı.

    Hər zaman verdiyi açıqlamalarla diqqət mərkəzində olmağı bacaran NASA, bu dəfə daha fərqli bir konseptlə sosial media istifadəçilərini sevindirmək niyyətindədir. Belə ki, çoxlu sayda dünya və kosmos haqda şəkillərə sahib olan NASA, əlindəki materiallardan istifadə edərək GIF yaratdı.
     
    NASA bu sayədə GIF şəbəkəsinə çoxlu sayda GIF təqdim edərək onu daha da zənginləşdirdi. Buludlardan, fırlanan planetlərdən, günəş animasiyalarından, göy üzündən və sş təşkil olunmuş GIF görüntüləri insanların istifadəsinə açıqdır. Beləliklə, istənilən şəxs bu GIF-ləri media paylaşımında, veb saytında asanlıqla istifadə edə bilər.
     
    NASA, yaratdığı binlərcə GIF-i, Pinterest GIPHY platformasında yayımladı.
    Linki kopyala