NASA yüksək radiasiya yayan yeni qalaktika kəşf etdi
07.05.2017
Farid Pardashunas
NASA-nin Hubble Kosmik teleskopu, dünyadan 370 milyon işıq ili uzaqlıqda yerləşən, işıq yerinə radiasiya yayan nəhəng bir qalaktika aşkarlayıb.
NASA-nin Goddard kosmik uçuş mərkəzindən
edilən açıqlamada, meqa-meyzer olaraq xarakterizə olunan qalaktikanın Samanyolu
qalaktikası ilə müqayisədə 100 milyon qat daha çox radiasiya yaydığı
bildirilir.
Elm adamları, IRAS 16399-0937
adlandırdıqları peykin yüksək keyfiyyətli bir fotosunu nümayiş etdiriblər.
Çoxlu-Obyektin Spektrometrəsinin yüksək həssaslığı, görüntü keyfiyyəti və sahə
dərinliyi elm adamlarının qalaktikanın quruluşunu daha ətraflı araşdırmasına şərait
yaradır.
Qalaktikanın mərkəzində iki nüvə olduğu bildirilir. Bunların
qalaktikanın şimal və cənubunda, bir-birindən 11000 işıq ili uzaqda olduqları
ifadə edilir. Amma bu iki ayrı ünsür müxtəlif kosmik qaz və toz hissəciklərinə
sahibdirlər. Bundan əlavə onların birləşmə ərəfəsində olduğu da bildirilir.
Elm adamları nüvələrin fərqli xüsusiyyətlər
daşıdığını, cənubdakının yüksək enerjili, şimaldakının isə az ion yüklü enerjiyə
malik olduğunu bildirirlər. Bundan əlavə şimal nüvəsinin içində günəşdən 100
milyon qat böyük qara dəlik olduğu da bildirilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)