Naveen.az-ın qurucusundan "Öz Brendini Yarat" seminarı Blogstar təşkilatçılığı ilə həyata keçirildi
Digər
07.05.2017
Farid Pardashunas
Blogstar.az layihəsinin təşkil etdiyi seminarda Naveen brendinin qurucusu Nəzrin Ağarzayeva (navistyle_com), iştirakçılarla öz brendlərini necə formalaşdıra biləcəkləri barədə məsləhətlərini və fikirlərini bölüşdü. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində baş tutmuş "Öz brendini yarat!" adlı seminarı "Blogstar.az" təşkil edəcəyi silsilə seminarlardan birincisi idi və uğurla tamamlandı.
Seminar zamanı: Biznes plan qurmaq, Büdcəni tənzimləmək, Azərbaycanda dəb bazarını necə araşdırmaq olar? Kolleksiya qurduqda nələrə diqqət etməli və s. başlıqlar haqqında Nəzrin xanım ilə iştirakçılar arasında maraqlı müzakirələrə yer verildi. Seminarda Nəzrin xanımla yanaşı məşhur Azərbaycanlı bloggerlərdən Aysel Hüseynova (visage_byays), Lalə Əhmədova (eh_laleh) və Aliyə Hümmətova (aliyarouge) da iştirak edirdi. Seminara aid bir neçə şəkli sizlərin diqqətinizə çatdırırıq. Blogstar.az-ın keçirəcəyi digər seminarlar haqqında "Blogstar.az" saytından məlumat ala bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ