Nazilərin oğurladığı dünyanın 8-ci Möcüzəsi Amber otağı tapılmış ola bilər!
07.05.2017
Farid Pardashunas
Nazilərin 1941-ci ildə Rus sarayından oğurladıqları və o vaxtlar dünyanın 8-ci möcüzəsi olaraq bilinən Amber Otağının Polşadakı Teuton Qalasının tunellərində ola biləcəyi deyilir.
Polşanın Paslek qəsəbəsində keçən il edilən axtarışlarda,
arxeoloqlar tərəfindən bir yeraltı tunelin izlərinə rast gəlinmişdi. Teuton Cəngavərləri
Qalasında reallaşdırılmış qazıntılar əsasında yerin dörd metr aşağısında bir
otaq tapdıqlarını deyən Kardinal Stefan Wyszynski Universitetindən Dr. Jacek
Wysocki, tunelin yaxınlarda tapılan Qotik Müqəddəs Bartolomey Kilsəsinə qovuşduğunu
düşündüklərini bildirdi.
Bu kimi tunellərin turistlərin marağını çəkəbiləcəyi kimi
əsas məqsədlərinin tapılmasının da vacib olduğunu vurğulayan Wysocki, əlavə olaraq tuneldə
Rusiyanın itmiş Kəhrəba Otağının xəzinələrinin də tapıla bilinəcəyini dedi.
Hadisə şahidlərinin ifadələrinə görə 1944-cü ilin Avqust ayında bir nəfər tərəfindən
gecə gec saatlara qədər qalaya qutularla dolu bir yük maşınının daxil olduğu və
ordan boş çıxdığı istiqamətdə iddialar da tapılır.
Teuton Cəngavərləri kimdir?
German-Romandini təriqəti olan Teuton Cəngavərləri, Katoliklərə din yolunda kömək etmək, xəstə
və yaralı Katoliklərə qulluq etmək üzrə xəstəxana qurmaq məqsədi ilə
qurulmuşdu. Adlarını isə Orta əsrlərdə Xaç Yürüşlərinə qatılaraq hərkəsə
eşitdirmişdilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək