main-post-cover

    Indiegogo-da bir startap 750.000$ vəsait yığandan sonra yoxa çıxdı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    BioRing adlı "ağıllı” üzük layihəsi Indiegogo platformasında bu ilin İyun ayında təqdim olunmuşdu.

    Layihə üçün 750.000$ vəsait yığandan sonra startapçılar birdən birə yoxa çıxdılar. Belə ki, onlar cihazı investorlara təqdim etmədilər və hal-hazırda heç bir zəng və ismarıclara cavab vermirlər. BioRing, üzük formalı su keçirtməyən fitnes cihazı idi. Layihənin təsvirində qeyd olunmuşdu ki, cihaz, ürək döyüntülərini ölçmək xüsusiyyətinə, akselerometr və addımları sayan hiroskopa sahib idi. Cihazın qiyməti 219$ təşkil edirdi. Digər fitnes qolbaqlar kimi BioRing də qəbul olunan kaloriləri hesablaya bilirdi. İdeyanın müəllifləri Stokholmdan olan startapçılar idi. Üzüyün özündən əlavə olaraq onlar 35$ dəyərində genişləndirilmiş zəmanət də təklif edirdilər. Həmin zəmanət üzrə, üzüyün vəsaitinin 14 gün ərzində istənilən səbəbdən qaytarılması vəd edilirdi.
    Üzüklərin ilk versiyaları investorlara bu ilin Noyabr ayında çatdırılmalı idi. Layihə 750.000$ vəsait yığa bilmişdir. Cihaz olduqca orijinal, kompakt və faydalı görünürdü. Lakin layihəni Indiegogo platformasının komandası heç bir məlumat vermədən bağladı. Noyabr ayında investorlar üzüklərin vaxtında çatdırılmamasından şikayətlənməyə başladılar. Bu ay isə məlum oldu ki, üzükləri istehsal etmək kimi bir proses baş verməyəcək. Layihə ilə nə baş verdiyini söyləmək çox çətindir. Bəlkədə investorlar sadəcə olaraq cihazı istehsal edə bilmədi və ya ilk əvvəldən onu istehsal etmək kimi bir planları yox idi. Layihəni müşahidə etmiş mütəxəssislərin sözlərinə əsasən bu cür üzüyü yaratmaq tamamilə mümkündür. Bu cür texnolohiyalar var və qiymət də münasibdir.
    Sözügedən cihaz üçün vəsaitin yığılması kampaniyasına mühəndis-mexanik Guy Raz təsadüfən rast gəlmişdir. O, həmin dəqiqədə anladı ki, layihədə nəsə müəmmalı bir şey var. Belə ki, mühəndis bilirdi ki, belə bir layihəni reallaşdırmaq mümkün deyil. Bundan əlavə olaraq üzüyün daxili hissəsinin fotolarına nəzər yetirəndən sonra anlamaq olardı ki, sanki onları, mikrosxemləri ilk dəfə görən adam çəkib. Render fotolardakı üzüyün bəzi komponentləri çox balaca idilər. Həmin komponentləri isə münasib qiymətə əldə etmək olmaz. Frilanser John Lewis, Raz ilə eyni fikirdə idi. Beləliklə onlar ikisi bu layihınin Indiegogo platformasından çıxarılması üçün kampaniyaya start verdilər. Layihə bu ilin Avqust ayında vəsait yığımı prosesini başa vurmuşdu. Startapçılar 460.000$yığa bilmişdilər. Lakin onlar layihənin statusunu InDemand saxlayaraq əlavə olaraq 290.000$ vəsait qazandılar. Hal-hazırda layihə, marketing üzə mütəxəssislərə və investorlara borcludur. Lewis və Raz isə Indiegogo-da "BioRing Scam – Get A Refund NOW layihəsinə start veriblər. İnvestorlar, startapçıların hesablarına köçürülməyə vaxt tapmayan 200.000$ vəsaiti geri alıblar.

    Linki kopyala