main-post-cover

    Nəhayət ki, bu baş verdi. Dubayda uçan sürücüsüz taxilər fəaliyyətə başlayır (TARİXİ DƏQİQLƏŞDİ)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Dubayın Yol və Nəqliyyat İdarəsi (RTA), iyul ayından etibarən Dubayda sürücüsüz uçan taxilərin fəaliyyətə başlayacağını elan edib. İyul ayından etibarən "Ehang 184"lər insanları olduğu nöqtədən təyinat yerinə uçaraq aparacaqlar.

     
    "Ehang 184" uçan taxiləri bir dəfəyə yalnız 1 nəfəri daşıyacaq gücə malikdir. Səkkiz pərvanədən güc alan uçan dron saatda maksimum 60 km/saat sürətlə hərəkət edə bilir. Layhənin loqistik tərəfini haqda açıqlama verməyən "RTA", 2030-cu ildə edilən daşınmaların 1/4-nin bu maşınlarla həyata keçiriləcəyini gözləyir.
     
     
    Uçan taxi sərnişinləri gəmiyə mindikdən sonra qarşılarında olan elektron löhvə ilə gedəcəkləri ərazini və yeri təyin edirlər.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər