main-post-cover

    Nəhəng axtarış şəbəkəsi "Baidu", Startaplara 3 Milyard dollar investisiya edəcək!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Çinin nəhəng axtarış şəbəkəsi "Baidu”, internet startaplarına ümumi 20 milyard yuan (3 milyard dollar) investisiya etmək üçün nəhəng bir fond yaratdığını açıqladı. "Baidu”nun bu fonddan edəcəyi ilk investisiyaların orta və böyük ölçülərdəki startaplara getməsi gözlənilir.

    Fonddan ediləcək investisiyaların təxminən 50 – 100 Milyon dollar arasında olması gözlənilir. Qısaca "Baidu”, bu həcmdə bir fond ilə onlarla gələcək vəd edən startapın investoru olmağı indidən qarantiyalayıb.
    "Baidu”nun Çin bazarında "Tencent Holding” və "Alibaba Group” kimi çox böyük rəqiblərinin olması və "Baidu” tərəfində inkişafın gözlə görünən dərəcədə olmaması, şirkəti bu yola sövq edib kimi görünür. Çinin nəhəng axtarış şəbəkəsi "Baidu”, xüsusilə geridə qaldığını düşündüyü, süni zəka, artırılmış reallıq və virtual reallıq tərəfində bəzi yeniliklər edəcək.
    "Baidu” bu ilin Sentyabr ayında "Baidu Venture”-ni yaradıb və yeni startaplar üçün 200 milyon dollar fond ayırmışdı. "Baidu” bunun üstündən çox keçmədən sadəcə yeni startaplara deyil, təcrübəli startapçılara da marağını beləcə ayırdığı bu nəhəng investisiya ilə xatırlatmış oldu.
    Linki kopyala