Nintendo 2017-ci ildə yeni oyunlar təqdim edəcək

162

Nintendo, 2017-ci ildə yeni mobil oyunlar yayımlayacağını elan etdi. Super Mario Run-dan sonra Nintendo yeni oyunları ilə oyun sevərləri sevindirəcək.

Super Mario Run ilə mobil platformaya giriş edən Nintendo, bir müddət əvvəl yenilənmiş bu oyunu istifadəçilərə təqdim etdi və qısa zamanda 50 milyondan çox yüklənmə ilə rekorda imza atdı. Nintendo başçısının etdiyi açıqlamada bu yükləmənin 2017-ci ilin ilk aylarında 100 milyonu ötməsi gözlənilir. Mobil oyun biznesində böyük uğur qazanmağa nail olan şirkət, 2017-ci ildən etibarən yeni oyunlar təqdim etməyə hazırlaşır.


Nintendo rəhbəri, Tatsumi Kimishima, hələ ki, əsas qüvvələrini Nintendo Switch konsoluna sərf etdiklərini, ancaq mobil platformanı da unutmayacaqlarını bildirib. Onun sözlərinə görə 2017-ci ildə 2 və ya 3 mobil oyun daha yayımlayacaqlar. Tatsuminin belə açıqlaması Nintendo oyun sevərləri sevindirib.

Belə iddia olunur ki, 2017-ci ildə Animal Crossing, Yoshi,Kirbyvə yaZeldakimi Nintendo seriyaları mobilə gələ bilər. Amma bu oyunlar Nintendo 3DS və Wii U-dakı kimi deyil, Super Mario Run formatında olacaq.