main-post-cover

    "Nintendo", bacarıqlı hackerə 20.000$ ödəyəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Nintendo” şirkətindən hackerlərə xoş xəbər.

    Belə ki, şirkət, 3DS portativ konsolunda sistem boşluğu tapan insanlara 20.000$ vəsait ödəyəcəyini bildirib. Söhbət o sistem boşluqlarından gedir hansıların vasitəsilə ki, konsolda pirat oyun və sistem tətbiqlərini işə salmaq olur. Bundan əlavə olaraq şirkət, oyunçular vasitəsilə daha çox sistem boşluqlarını tapmağı özünə məqsəd bilib. Ən sadə sistem boşluqlarını tapanlara yalnız 100$ veriləcək. Lakin əgər siz ciddi və kritik sistem boşluğu aşkar etsəniz onda 20.000$-ın hamısını əldə edə bilərsiniz. Tapılmış sistem boşluğunun doğruluğunu sübut etmək üçün isə həmin sistem boşluğunun təsviri və onun tapıldığı proqram kodu sətrini göstərmək lazım gələcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər