main-post-cover

    "Nintendo" şirkəti, ölümcül xəstə bir gamerin arzusunu yerinə yetirdi

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Reddit istifadəçisi çox təsirli bir hekayəni digər istifadəçilər ilə paylaşıb.

    Bir neçə ay bundan öncə həmin istifadəçi bütün Reddit istifadəçilərindən "Nintendo” şirkətinin, onun qardaşı Gabe-ə diqqət yetirməsində köməklik istəmişdi. Belə ki, 26 yaşlı Gabe, ciddi ürək xəstəliyindən əziyyət çəkirdi. O qorxurdu ki, ən çox gözlədiyi The Legend of Zelda: Breath of the Wild oyununun çıxmasını görə bilməyəcək. Sözügedən oyun seriyasının böyük pərəstişkarlarından olan Gabe, yavaş-yavaş öz bədən hissiyatını itirməyə başlayıb. Beləliklə onun yeni çıxacaq oyunu oynamaq imkanı günü-gündən azalırdı. Bir neçə həftədən sonra "Nintendo” şirkətinin, bu təsirli hekayədən xəbəri oldu. Daha sonra şirkət rəhbərləri, Gabe-i öz ofislərinə dəvət ediblər. Şirkətdə, Gabe-i çox xoş qarşılayıblar. Rəhbərlər, onu ofis üzrə ekskursiyaya, işçilərlə birlikdə nahara dəvət ediblər və ona bir çox hədiyyə veriblər. Təbii ki, ölümcül xəstə olan Gabe-in ən əsas arzusunu da reallaşdırıblar. Belə ki, şirkət rəhbərləri Gabe-ə The Legend of Zelda: Breath of the Wildoyununun ilkin versiyasını oynamağa imkan yaradıblar. Təəssüflər olsun ki, bir neçə həftə bundan öncə Gabe, həyatını itirdi. Onun qardaşı bütün istifadəçiləri və "Nintendo”nu, Gabe-ə göstərdikləri dəstəyə görə təşəkkürlərini bildirib. O hər dəfə üzündə gülüş əks olunmuş Gabe-in fotosuna baxanda özünü rahat hiss edir. Qeyd etmək lazımdır ki, The Legend of Zelda: Breath of the Wild oyunu bu ilin 3 Mart tarixində Wii U Nintendo Switch konsolları üçün satışa çıxacaq.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər