"Nintendo" şirkəti öz yeni konsolu Nintendo Switch-i təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Nintendo şirkəti sonunda öz yeni konsolunu təqdim etdi.
Hamının gözlədiyi konsolun adı Nintendo NX deyil, Nintendo Switch oldu. Sözügedən yeni konsol adi stolüstü konsol ilə portativ konsolun
birləşməsidir. Evdə olarkən Nintendo Switch onun üçün nərəzədə tutulmuş xüsusi
qurğuda yerləşir. Həmin qurşu sayəsində isə konsol televizora qoşulur. Beləliklə
bu zaman siz oyunları adi konsoldakı kimi oynaya bilərsiniz. Nintendo Switch-i
həmin qurğudan çıxaran zaman isə konsol portativ rejimə keçir və siz adi
rejimdə oynadığınız bütün oyunları özünüzlə götürüb istədiyiniz yerdə oynaya
bilərsiniz. Nintendo Switch hər tərəfdən, çıxarıla bilən Joy-Con adlı gamepadlar
ilə təchiz olunub.
Bir oyunçu hər iki Joy-Con gamepadını,
iki oyunçunun hər biri bir gamepadı və ya bir çox oyunçu bir neçə Joy-Con
gamepadlarından istifadə edə bilər. Yəni burda seçim çoxdur. Oyunçu istədiyində
Joy-Con-un əvəzinə Nintendo Switch Pro standart gamepadını istifadə edə bilər.
Bundan əlavə olaraq Nintendo Switch konsoluna sahib bir neçə şəxs görüşüb bir
yerdə onlayn rejimli oyunları oynaya bilərlər. İnformasiya daşıyıcısı kimi
konsol kartriclərdən istifadə edir. Onun əsas hissəsi isə Nvidia Tegra prosessorudur. Konsol, oyunçular üçün əla qrafika, çoxlu sayda oyun və mükəmməl
performans təqdim edəcək. Hal-hazırda konsol üçün bir çox məşhur şirkətlər və
studiyalar oyun hazırlamaqla məşğuldurlar. Nintendo Switch 2017-ci ilin Mart ayında satışa çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)