Niyə kanadalı mühəndislər məzun olduqda dəmir üzük taxırlar?
07.05.2017
Farid Pardashunas
Bütün peşələr yaxşıdır və hər bir peşənin özünəməxsus çətinlikləri mövcuddur. Amma insan öz peşəsini sevdikdə bütün çətinlikləri işinin bir hissəsi kimi qəbul edir.
Bildiyiniz
kimi həkimlər öz peşələrini doğru və şərəfli şəkildə yerinə yetirəcəyini bildirmək
üçün Hipokrat andı içirlər. Bu formal xarakter daşısa da gələcəkdə insanlara öz
vəzifə borclarını layiqincə yerinə yetirməyə stimul verir.
Bu
cür and formaları müxtəlif peşə sahiblərində də mövcuddur. Bunlardan biri də
mühəndislərə aiddir. Belə ki, Kanadada
mühəndislər məzun olduqda dəmir üzük taxırlar. Bu üzük onlara işlərini
layiqincə və məhsuliyyətli şəkildə həyata keçirməyi xatırlatmaq üçün nəzərdə
tutulub. Əslində belə üzük taxmağın maraqlı tarixi 1907-ci ildə Kanada tikilməyə
başlayan Quebec Köprüsü ilə əlaqədardır.
Burda inşaat işi həyata keçirilən zaman körpü dağılmış və 75 inşaatçı ölmüşdür.
Hadisəyə səbəb isə layihələndirmənin düzgün qurulmaması ilə əlaqədar olub. Bu
hadisəni həm yaddaşlarda saxlamaq, həm də mühəndislərə nə qədər məhsuliyyətli
işlə məşğul olmağı xatırlatmaq məqsədilə məzun olduqda belə dəmir üzüklər
verilir.
Doğrudan
da hər bir sahə çox məhsuliyyətli və çətindir. Əsas olan odur ki, işinizi sevəsiniz
və onu vicdanlı şəkildə həyata keçirəsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ