main-post-cover

    Niyə ölüm anında insanın bütün həyatı onun gözləri önündən keçir?

    07.05.2017
    Farid Pardashunas

    Təhlükə anı və ya kliniki ölüm zamanı insanın gözü önündən ötən həyatı, qarabasma deyil.

    O, beyində baş verən gündəlik proseslərin müxtəlifliyidir. Bu cür nəticəyə yəhudi mütəxəssislər gəliblər. Tədqiqatçılardan ibarət xüsusi komanda, gözlər önündən keçən həyat fenomeni xüsusiyyətini daşımış 7 ölümə yaxın hadisəni müşahidə ediblər. Həmin hadisələrin ümumi xüsusiyyətləri olub. Məsələn hadisələr nadir hallarda xronoloji ardıcıllıqla müşaiyət olunurdular. İnsanların özləri isə hadisələrin iştirakçılarının şüurlarına daxil olaraq onların emosiyalarını yaşaya bilirdilər. Mütəxəssislərin fikrincə bu cür hadisələrin səbəbi, hipoksiya və ya avtobioqrafik yaddaşın iş prinsipinə cavabdeh olan beyin ərazilərində qanın zəif axını səbəb ola bilər. Bu cür hadisələr ilə qarşılaşmamış insanlar arasında aparılmış online sorğu nəticəsində məlum olub ki, həmin insanlar, sözügedən hadisələri digər hallarda yaşayıblar. Məsələn deja vu və ya öz şəxsi həyatından olmuş hansısa hadisənin narahatlığı səbəbindən. Mütəxəssislər belə bir nəticəyə gəliblər ki, göz önündən keçən həyat fenomeni, sağlam insanlara xas olan neyrokoqnitiv mexanizm dəyişilməsidir. Digər sözlə desək bu cür narahatlıqlar, beyində gündəlik baş verən zehni proseslərin birləşməsidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər