Nokia 1100-u hissələrə ayırıb "ağıllı" saat düzəltdi (VİDEO)

3874

Tinkernut adlı YouTube kanalın müəllifi əfsanəvi Nokia 1100 telefonunu hissələrə ayırıb "ağıllı” saat yaradıb.

Nokia 1100-dan videoblogger monoxrom ekranıvibromühərriki götürüb. Əlavə olaraq o, Bluetooth cihazdan, akkumulyatordan, platadan və digər detallardan istifadə edib. Bundan əlavə olaraq videoblogger smartfonla sinxronlaşması üçün saata xüsusi proqram təminatı yazıb və saatın korpusunu 3D printer vasitəsilə yaradıb. Görünüşcə saat son model "ağıllı” saatlara bənzəməsə də öz funksiyalarını yerinə yetirir. Belə ki, saat vaxtı və ötürülmüş bildirişləri öz ekranında əks etdirir. Saatı düzəltmiş şəxs bütün təlimatı və proqram təminatını public paylaşıb. Beləliklə istənilən şəxs köhnə telefondan bu cür saat düzəldə bilər.