main-post-cover

    “Nokia”, 26 Fevralda edəcəyi vacib açıqlamaları ilə gündəmə bomba kimi düşəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Nokia”, Mobil Dünya Konqresin-dən (MWC) bir gün əvvəl vacib xəbərlər verəcəyini açıqladı. Texnologiya nəhəngi Nokianın, verəcəyi xəbərlərdə yeni cihazlarla bağlı məlumat verməsi gözlənilir.

    "Nokia” rəsmiləri "Barcelona”da keçiriləcək olan Mobil Dünya Konqresindən bir gün əvvəl vacib xəbərlər verəcəyini açıqladı.
    "Nokia 6” ilə yenidən telefon bazarına qayıdan Nokia, gələcək günlərdə keçiriləcək olan "MWC”dən bir gün əvvəl verəcəyi xəbərdə yeni tanıdacağı modellər haqqında məlumat verəcək.

    "Nokia” 26 Fevralda vacib xəbərlər verəcək.

    2017 ilə birlikdə, yeni bir səhifə açan "Nokia”, bir çox yeni tətbiqlər ilə telefon bazarında darıxdığı yerlərə yenidən qayıtmağı hədəfləyir. "Nokia”nın Mobil Dünya Konqresində verəcəyi xəbərlər ilə yanaşı Nokia 6-dan sonrakı, yeni telefonların təqdimatını edəcəyi gözlənilir.
    Bildiyiniz kimi "Nokia”, Nokia 6–nı Çin bazarının xaricinə çıxartmağı planlayır. Beləliklə daha çox istifadəçinin qarşısına çıxaraq gəlirini iki qat böyütməyi hədəfləyən "Nokia”nın, "MWC-2017”də dünya bazarına çıxaracağı modelini təqdim etməsi gözlənilir.

    "Nokia”nın 26 Fevralda verəcəyi digər vacib xəbərlərdən birinin də yeni telefonu Nokia E1haqqında olduğu deyilir. Bu il bir çox fərqli model ilə istifadəçilərin qarşısına çıxacaq olan Nokia, üstün xüsusiyyətlərə malik telefonunun xəbərini "MWC 2017” –də təqdim etməsi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər